...

MSK Fəzail Ağamalının lider namizəd olduğu dairə ilə bağlı qərar verib

Siyasət Materials 13 Fevral 2020 19:25 (UTC +04:00)

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala seçki dairəsində səsvermə nəticələri ilə bağlı şikayətə baxılıb.

Trend-in məlumatına görə, sonda həmin müraciətin Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, 60 saylı Salyan-Neftçala seçki dairəsinin lider namizədi Fəzail Ağamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti