...

Rostov vilayətinin qubernatoru Prezident İlham Əliyevə ulu öndər Heydər Əliyevin “Sambek yüksəklikləri” abidəsinin açılışındakı iştirakının videoyazısına həsr olunan xatirə albomunu təqdim edib (VİDEO)

Siyasət Materials 3 Mart 2020 18:18 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Rostov vilayətinin qubernatoru Prezident İlham Əliyevə ulu öndər Heydər Əliyevin “Sambek yüksəklikləri” abidəsinin açılışındakı iştirakının videoyazısına həsr olunan xatirə albomunu təqdim edib (VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, Rostov vilayətinin qubernatoru Vasili Qolubev Prezident İlham Əliyevə videoyazı olan xatirə albomunu təqdim etdi.

Videoalbom 1980-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyevin Rostov vilayətinə səfərinə həsr olunub. Səfər zamanı Ulu Öndər Böyük Vətən müharibəsi illərində misilsiz şücaət göstərmiş Azərbaycan əsgərlərinin qəhrəmanlığına həsr edilən və Rostov vilayətinin azad olunmasının rəmzi olan “Sambek yüksəklikləri” xatirə abidəsinin açılışında iştirak edib. O zaman alman faşistləri ilə döyüşlərdə böyük hünərlə vuruşan həmvətənlərimizdən ibarət 130-cu və 416-cı atıcı diviziyalar “Taqanroq” fəxri adına layiq görülmüşdü. Rostov vilayətinin qubernatoru Vasili Qolubevin Prezident İlham Əliyevə təqdim etdiyi və ulu öndər Heydər Əliyevin 1980-ci ildə “Sambek yüksəklikləri” abidəsinin açılışında iştirak etmək üçün Rostov vilayətinə səfərinə həsr edilmiş videoyazını diqqətinizə çatdırırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti