...

BMT QAK fəaliyyətini məhdudlaşdırdı

Siyasət Materials 18 Mart 2020 11:46 (UTC +04:00)
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Qaçqın Qəbul Mərkəzində qəbul və digər sosial fəaliyyətlərini məhdudlaşdırır.
BMT QAK fəaliyyətini məhdudlaşdırdı

Bakı. İlhamə İsabalayeva - Trend:

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycan nümayəndəliyi Qaçqın Qəbul Mərkəzində qəbul və digər sosial fəaliyyətlərini məhdudlaşdırır.

Trend-in məlumatına görə, bu barədə BMT QAK məlumat yayıb.

Məlumatda bildirilir ki, BMT QAK ictimai sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Hökumətinin gördüyü tədbirlərə, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və BMT QAK-ın Baş Qərargahının təlimatına uyğun olaraq, Qaçqın Qəbul Mərkəzində qəbul və digər sosial fəaliyyətlərini növbəti bildiriş edilənədək məhdudlaşdırır.

Bütün himayə və sosial məsləhətlərin verilməsi telefonla və ya əvvəlcədən təyin olunan görüş vasitəsi ilə həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti