...

YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat yardım edəcək

Siyasət Materials 20 Mart 2020 13:47 (UTC +04:00)
YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat yardım edəcək

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası (YAP) koronavirus infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Azərbaycan Pespublikasının Prezidentinin tapşırığı əsasında Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir.

YAP mətbuat xidmətindjən Trend-ə verilən məlumata görə, YAP Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart tarixli Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını dünyanı lərzəyə salan qorxulu infeksiyanın qarşısının alınmasında mühüm addım hesab edərək Fonda 200 min manat məbləğində vəsait ödəməyi qərara alır.

Bundan əlavə, partiyanın bütün yerli strukturlarına və üzvlərinə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na imkanları daxilində dəstək göstərmək tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti