...

Milli Məclis yanında Toponimiya Komissiyasının yeni üzvləri məlum oldu

Siyasət Materials 30 Mart 2020 12:28 (UTC +04:00)
Trend-in məlumatına görə, bununla bağlı məsələ parlamentin bu gün keçirilən iclasında müzakirə edilib.
Milli Məclis yanında Toponimiya Komissiyasının yeni üzvləri məlum oldu

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclis yanında Toponimiya Komissiyası yenidən təşkil edilib.

Trend-in məlumatına görə, bununla bağlı məsələ parlamentin bu gün keçirilən iclasında müzakirə edilib.

Toponimiya Komissiyasının üzvlüyünə deputat namizədlər siyahısına Nizami Cəfərov, İsa Həbibbəyli, Sabir Rüstəmxanlı, Sevinc Fətəliyeva, Musa Quliyev daxil olub.

Komissiyanın deputat olmayan üzvlüyünə namizədlər Əziz Ələkbərov, Möhsün Nağısoylu, Ramiz Məmmədov, Qara Məşədiyev, Mahirə Abbasova, İlkin Abbasov olub.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti