...

Hikmət Babaoğlu: "Milli Şura" adlandırılan marginal qrupun bəyanatında yer alan fikirlər siyasi mənəviyyatsızlıqdır

Siyasət Materials 7 Aprel 2020 16:42 (UTC +04:00)
Hikmət Babaoğlu: "Milli Şura" adlandırılan marginal qrupun bəyanatında yer alan fikirlər siyasi mənəviyyatsızlıqdır

Bakı. Elçin Mehdiyev - Trend:

"Milli Şura" adlandırılan marginal qrupun bəyanatında yer alan fikirlər siyasi mənəviyyatsızlıqıdr və hazırki pandemiya dövründə ictimai mənafeyə vurulan zərbədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, elə bir vəziyyət yaranıb ki, ictimai maraqlarımız və ümumi icimai mənafeyimiz xüsusi rejimin tətbiq edilməsini tələb edir və Azərbaycan dövləti öz vətəndaşları qarşısında məsuliyyətindən irəli gələn bütün vəzifələri tərəddüdsüz olaraq yerinə yetirir:

“Xüsusi karantin rejiminin və sərt qaydaların tətbiq olunması məhz bu çərçivədə qiymətləndirilməli və təqdir edilməlidir. Azərbaycan ictimaiyyəti də tələbləri və qaydaları elə bu cür başa düşür, qiymətləndirir. Çünki biz yalnız xüsusi karantin rejiminin tələblərinə tabe olmaqla özümüzü, yaxınlarımızı sevdiklərimizi qoruya bilərik.

Ancaq təəssüf ki, bu marginal qrup vacib siyasi qərarları öz korporativ maraqları naminə manipuliyasiya edərək qeyri-etik siyasi mövqe nümayiş etdirir. Ümummilli təhlükəsiziliyimizi təhdid edən epidemiyanı siyasi məqsədlərinə alət etməyə çalışır və bununla da ümumi ictimai mənafeyimizin əleyhinə hərəkət edir. Əlbəttə, dövlət, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyənləşdirilən qaydalar qeyd-şərtsiz yerinə yetirilməlidir. Vətəndaşlarımız da əsaəsn bu qərarlara tabe olurlar. Buna tabe olmayanlar isə inzibati qaydada cəzalandırılırlar və cəzalandırılacaqlar da! Çünki nəticə etibarilə söhbət ümummilli təhlükəsizliyimizdın gedir və bunu düzgün başa düşmək lazımdır. Məhz bu kontekstə kiminsə cəzalandırılmasına siyasi məna vermək heç bir halda və heç bir cəmiyyətdə qəbul edilən deyil. Ona görə də belə faktları siyasiləşdirmək manipuliyasiyadan başqa bir şey deyil və bunu edənlərin öz əleyhinə işləyən faktordur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti