Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda koronavirus epidemiyası ilə əlaqədar məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilməyəcək.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Təklif edilən dəyişiklikdə qeyd olunur ki, karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilmir.
Təklif səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.