...

Pərvin Kərimzadə: Xalqın birliyi bütün viruslardan, şər qüvvələrdən güclüdür

Siyasət Materials 14 Aprel 2020 16:20 (UTC +04:00)
Pərvin Kərimzadə: Xalqın birliyi bütün viruslardan, şər qüvvələrdən güclüdür

Bakı. Trend:

Artıq 3 aya yaxındır ki, yer kürəsinə qara kabus kimi çökən karonavirus pandemiyası can almaqda davam edir. Sərhəd tanımayan virus dünyanın 170- dən çox ölkəsinə ayaq açıb, bir milyondan çox insanın sağlamlığını təhlükə ilə üz-üzə qoyub. ABŞ, Çin, İran, İtaliya, Fransa, İspaniya kimi nəhəng dövlətlər gözlə görə bilmədiyimiz düşmənlə mübarizədə böyük itkilər verib, koronavirusun nə qədər təhlükəli olduğu acı reallığın nümunəsi olublar.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

Millət vəkili qeyd edib ki, bu qorxunc virus dünyanı ağuşuna almağa başladığı ilk gündən Azərbaycan dövləti koronavirusla mübarizədə profilaktik və preventiv xarakteri ilə seçildi, ən optimal və effektli tədbirlər görən ölkə kimi nümunə oldu:

"Ölkə Başçısı İlham Əliyevin uzaqgörən və siyasi iradəsi sayəsində Azərbaycan hökuməti koronovirus böhranının təsirlərini azaltmaq üçün bütün zəruri tədbirləri həyata keçirdi, çox ciddi addımlar atdı. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamaları da Azərbaycanın virusa qarşı ilk gündən ən doğru mübarizə metodunu seçdiyini, eyni zamanda sosial bir dövlət olmasını dünyaya nümayiş etdirdi.

“Sərəncamların imzalanması, vəsaitin ayrılması, sərhədlərin bağlanması, uçuşların dayandırılması, elektron vizaların ləğv edilməsi, məktəb və universitetlərdə tədrislərin onlayn rejiminə keçilməsi, kütləvi tədbirlərin ləğvi, xüsusi karantin rejiminin tətbiqi, ölkənin ən müasir klinikasının koronovirus infeksiyasından əziyyət çəkən insanların istifadəsinə verilməsi... Eyni zamanda respublikanın bütün bölgələrində küçələrdən tutmuş, evlərə qədər hər yerdə dezinfeksiya işlərinin aparılması, müasir laboratoriyaların qurulması kimi zəruri tədbirlərin həyata keçirilməsi ölkə Prezidenti İlham Əliyevin “Bizim siyasətin mərkəzində Azərbaycan xalqı, onun sosial rifahı dayanır” sözlərinin daha bir təsdiqi oldu” - Pərvin Kərimzadə vurğulayıb.

Virusun ölkəmizdə yayılmasını minimallaşdırmaq və bu bəladan az itki ilə çıxmaq məqsədilə dövlət Başçısının gördüyü bütün tədbirlərə diqqər yetirən millət vəkili bildirib ki, çətin bir dönəmdən keçdiyimiz bir zamanda Azərbaycan vətəndaşının həmrəyliyini daha da gücləndirdi. Hər kəs dünyada baş verənləri müşahidə etdi və digər dövlətlərdə baş verən yoluxma, ölüm faktlarının dəhşətli mənzərəsi ilə müqayisədə dövlət Başçısının bu problemə həssas münasibəti, siyasi iradəsi sayəsində ölkəmizdə koronavirusun yayılmasının, insan tələfatının aşağı səviyyədə olduğunun şahidi oldu:

"2016-cı ilin Aprel qələbəsində, Valday, Soçi, Münxen zəfərlərində, zəlzələlərdə, daşqınlarda, beynəlxalq tədbirlərinin ölkəmizdə təşkilində birlik nümayiş etdirən xalqımız koronavirus pandemiyası ilə mübarizədə də Prezident İlham Əliyevin tutduğu düzgün və uzaqgörən mövqeyinə, iti zəkasına sığınaraq, bəşəri bəlanı birlikdə dəf edir.

Təəssüflər olsun ki, indiki məqamda bütün xalqı koronovirus infeksiyası ilə mübarizəyə qalxdığı zamanda xarici havadarlarının arxasında gizlənən “Beşinci kolon” adlanan qüvvələr çirkin niyyətlərindən əl çəkmirlər. BMT Baş Katibinin, ÜST-ün İcraçı Direktorunun, digər beynəlxalq qurumların Azərbaycanda koronovirusla mübarizə işində dövlətin gördüyü işlərə yüksək qiymət verdikləri halda müxalifətin marginallaşan hissəsi yenə də öz ampluasındadır. Belə bir vaxtda da xaricdəki anti-Azərbaycan qüvvələr, yerlərdəki trollar öz pozuculuq fəaliyyətləri ilə ölkəmizdə pandemiyaya qarşı aparılan tədbirlərə kölgə salmağa çalışır, məkirli planlarını reallaşdırmağa cəhd edirlər.

“Lakin unudurlar ki, ölkə Başçısının dediyi kimi ”Biz birlikdə güclüyük”. Bu gün hər kəs əmindir ki, tarixi sınaqlardan şərəflə, üzüağ çıxmış birliyimiz sayəsində xalqımız koronavirus pandemiyası ilə mübarizədən minimum itki ilə çıxacaq. Çünki, Azərbaycan xalqının birliyi bütün viruslardan, şər qüvvələrdən, anti-Azərbaycan qüvvələrdən, güclüdür” - deyə millət vəkili Pərvin Kərimzadə qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti