...

Müdafiə Nazirliyi: Azərbaycan Ordusundan təxris başlayıb

Siyasət Materials 20 Aprel 2020 11:20 (UTC +04:00)
Müdafiə Nazirliyi: Azərbaycan Ordusundan təxris başlayıb

Bakı. Samir Əli - Trend:

Bu gündən etibarən Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Müdafiə nazirinin tapşırığına əsasən ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaq.

Qeyd edək ki, xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə alınmaqla ordu sıralarından təxris prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti