...

Azərbaycan Ordusunda ZTR ekipajlarının döyüş hazırlığı yüksəldilir (FOTO/VİDEO)

Siyasət Materials 21 Aprel 2020 17:46 (UTC +04:00)
Azərbaycan Ordusunda ZTR ekipajlarının döyüş hazırlığı yüksəldilir (FOTO/VİDEO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq zirehli transportyorlar (ZTR) və digər təkərli döyüş maşınlarının ekipajlarının döyüş hazırlığı yüksəldilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, ümumqoşun poliqonlarının təlim nöqtələrində ZTR ekipajlarından ibarət şəxsi heyət atış hazırlığı üzrə normativləri yerinə yetirirlər.

Təlim məşqlərinin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti