Prezident İlham Əliyevə yazırlar: Vətəndaşların sağlamlığı və rifahı Sizin üçün birinci dərəcəli məsələdir

Prezident İlham Əliyevə yazırlar: Vətəndaşların sağlamlığı və rifahı Sizin üçün birinci dərəcəli məsələdir

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

Trend həmin məktubların bir neçəsini təqdim edir.

Qubadlı rayonundan Milli Qəhrəman atası Nəriman Həmidov yazır ki, Prezident İlham Əliyev polad biləkli, geniş ürəkli, uzaqgörən bir sərkərdədir:

"Bunu Sizin yüksək siyasi bacarığınız, həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər sübut edir. Məhz bu tədbirlər xalqımızı acı nəticələrdən qorudu. Sərhədlərin vaxtında bağlanması, lazımi tibbi avadanlıqların ölkəyə gətirilməsi, yeni açılan xəstəxananın xəstələrin istifadəsinə verilməsi az itki ilə vəziyyətdən çıxmağımıza xidmət etdi.

Xaricdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi, tənha və aztəminatlı insanlara ayrılan diqqət Sizin hər bir azərbaycanlının Prezidenti olmağınızı sübut edir.

Çıxışlarınızı izləyirəm. Xalqımız Sizin və Mehriban xanımın açdığı yolla irəlilədikcə xalqla dövlət arasında birlik də möhkəmlənir. 2018-ci ildə dekabrın 24-də Sizinlə görüş zamanı sadə, mehriban, qayğıkeş münasibətinizi xatırlayıram. Bu qayğını indi də çıxışlarınızda, çağırışlarınızda hiss edirik.

Cənab Prezident, Sizə və Mehriban xanıma uzun ömür, cansağlığı, işlərinizdə yüksək zirvələr arzulayıram. Ulu Tanrı Sizi qorusun".

Daha bir Qubadlı sakini, Qarabağ müharibəsi əlili Pəhlivan İmanov isə bildirir ki, ölkə başçısını ən səmimi duyğuları ilə salamlayır:

"Ölkəmizin bu çətin günündə yorulmadan hər birimizə ayrı-ayrılıqda diqqət və qayğı göstərdiyiniz üçün Sizə minnətdarlığımızı bildirir, Sizi hər zaman dəstəkləyirik.

Dünyada tüğyan edən bu pandemiya təhlükəsinin Vətənimizdən tezliklə sovuşması üçün gördüyünüz tədbirlər, verdiyiniz Fərman və Sərəncamlar tarixi qərarlardır. Uzun illər keçsə də, xalqımızın bu bənzərsiz düşmənlə inamlı mübarizəsi hər zaman Sizin adınızla anılacaq.

Biz məcburi köçkün kimi dövlətin qayğısını hər zaman hiss etmişik. Bu da bizi Sizin ətrafınızda bir yumruq kimi birləşməyə, dövlətin yürütdüyü siyasətə arxa durmağa sövq edir. Biz daim Sizinləyik".

Sumqayıt şəhər sakini İlham Ağayev isə vurğulayır ki, son dövrlər dünyada yayılmış və Azərbaycanda da aktual məsələyə çevrilmiş yeni növ koronavirusla əlaqədar ölkə başçısı tərəfindən verilən tapşırıq və tövsiyələri, görülən qabaqlayıcı tədbirləri bir vətəndaş kimi yüksək qiymətləndirir:

"İnsanların sosial təminatının yaxşılaşdırılması istiqamətində islahatlar aparılır, işsiz vətəndaşlar işə cəlb olunur, imkansız şəxslər ərzaq və tibbi yardımlarla təmin olunur. Sizin hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasət reallığı tam əks etdirilir.

İnanıram ki, bu tədbirlərin nəticəsi olaraq, dövlətimiz yaranmış çətin vəziyyətdən minimum itkilərlə çıxacaq. Azərbaycanımıza, xalqımıza sahib çıxdığınız üçün Sizə sonsuz təşəkkür edirəm. Bu məsuliyyətli fəaliyyətinizdə Sizə yeni uğurlar, cansağlığı və uzun ömür arzulayıram. Allah Sizi, Mehriban xanımı, övladlarınızı qorusun. Amin".

Qax rayonu sakini Naib Darçınovun minnətdarlıq məktubunda isə deyilir:

"Hörmətli cənab Prezident. Sizin bütün addımlarınız, qərarlarınız göstərir ki, koronovirusla üzləşdiyimiz bir dövrdə Sizin əsas amalınız Azərbaycan xalqını bu bəladan qurtarmaqdır. Xalqımız da bir daha gördü ki, Sizin sözünüzlə əməliniz üst-üstə düşür, vətəndaşların sağlamlığı və rifahı Sizin üçün birinci dərəcəli məsələdir.

Mən də Sizin humanistliyinizdən bəhrələndim. Bu günlərdə 190 manat birdəfəlik ödəmə ilə təmin olundum. Bu mənim kimi yüz minlərlə insan üçün maddi yardımla yanaşı, mənəvi kömək oldu. Biz Sizi arxamızda hiss etdik.

Cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrıdan Sizə cansağlığı və ölkəmiz naminə tükənməz güc-qüvvət arzulayıram".

Paytaxt sakini Rəcəb Rəfixanov isə yazır ki, ev sahibi evin dirəyi, arxa-dayağıdır deyirlər:

"Bizim ölkəmiz də daim əziz Prezidentimizin əməyi və qayğısı sayəsində inkişaf edir. Dünyada bütün baş verənlərə baxmayaraq, həm xalqın, həm də ayrı-ayrılıqda hər bir vətəndaşın probleminə bütün ruhu ilə özünü sərf edən belə məsuliyyətli və fədakar Lider çox az tapılar. Bu gün fikrimcə təkcə mən deyil, milyonlarla insan Sizə - hamımızın qayğısına qalan, ən müdrik, mərhəmətli və dünyanın ən uzaqgörən Prezidentinə təşəkkürümüzü bildiririk.

Cənab Prezident, çox sağ olun ki, bu bəla ilə, dünyanı lərzəyə gətirən koronavirusla bağlı bu dərəcədə düzgün tədbirlər görmüsünüz. Bu, Sizin bizə - Azərbaycan xalqına olduqca səmimi münasibət barədə daha bir danılmaz faktdır.

Çox sağ olun ki, sosial vəziyyətindən asılı olmayaraq ölkənin hər bir sakininin vəziyyəti ilə maraqlanırsınız. Bizim sabit vəziyyətimiz, sağlamlığımız, həyatımız bədnam qonşularımızın həsəd aparacağı mövzudur.

Bir də ona görə təşəkkür etmək istərdim ki, ölkəmizdə hər kəs özünə və öz gücünə inanır. Bütün bunlar ona görədir ki, möhtərəm İlham Heydər oğlu bu insanların hər birinə ata qayğısı ilə yanaşır.

Sizinlə fəxr edirəm, mənim Prezidentim".

Qubadlı rayonundan Gülnar Həsənova isə bildirir ki, bu aylar dünyanı dəhşətə gətirən COVID-19 pandemiyası yüzlərlə ölkədə yüz minlərlə insanın canını alıb, dünya üzrə yoluxanların sayı üç milyonu keçib:

"Lakin Sizin vaxtında atdığınız addımlar, gördüyünüz məhdudlaşdırıcı tədbirlər ölkəmizin bu pandemiyadan daha az zərərlə çıxmasına imkan yaratmışdır.

Bu ağır günlərdə işsizlərə, imkansız ailələrə iki ay ərzində birdəfəlik yardımların verilməsi, ahıl insanlara qayğının gücləndirilməsi, xırda sahibkarlara dəstək verilməsi dövlətin hər bir vətəndaşa göstərdiyi yüksək diqqətin təcəssümüdür. Biz buna görə dövlətimizin rəhbəri kimi Sizə öz minnətdarlığımızı bildirir və dərin təşəkkür edirik. Allah köməyiniz olsun".

Balakən rayonu sakini Rəcəb Qarakişiyev isə qeyd edir ki, bu kiçik məktubu yazmaqla Azərbaycan Prezidentinə öz dərin minnətdarlığını bildirmək istəyir:

"Bu çətin günümdə, evimə çörək ala bilmədiyim bir vaxtda işsizlərə verilən 190 manat birdəfəlik ödəməni aldım. Məni və ailəmi sevindirdiniz. Buna görə Sizə çox-çox təşəkkür edirəm.

Biz yaşlılar hər zaman Sizin apardığınız siyasəti bəyənir və dəstəkləyirik. İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı tezliklə bu virusa qalib gələcək.

Allah Sizin kölgənizi bizim ölkəmizin başı üstündən əskik eləməsin, İnşallah".

"Tərəqqi" medallı Beyləqan rayonu sakinləri Nadir Əliyev Azim Kərimov isə yazır:

"Möhtərəm cənab Prezident. Dünyanı bürümüş koronavirus pandemiyasının respublikamızda qarşısının alınması istiqamətində gördüyünüz bütün tədbirlər bir daha sübut etdi ki, hər zaman olduğu kimi Azərbaycan Prezidenti öz xalqının yanındadır. Əminik ki, bu birlik bizə belə ağır sınaqdan qələbə ilə çıxmağa imkan verəcək. Rəhbərliyinizlə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır.

Koronavirusa qarşı mübarizə tədbirləri ilə bağlı imzaladığınız Sərəncamlar, açılan yeni xəstəxanalar, yeni müəssisələr göstərir ki, Azərbaycan bu çətin sınaqdan alnıaçıq çıxacaq. Dövlətimiz bu gün də öz vətəndaşlarının sağlamlığını qorumaq və pandemiyanın yayılmasının qarşısını almaq üçün səylərini davam etdirir. Xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminliklə inanırıq.

Xalqımıza göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə və Mehriban xanıma Beyləqan Meliorasiya İdarəsinin kollektivi adından təşəkkürümüzü bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirik. Uca Allah Sizi və Azərbaycan xalqını qorusun".

Tovuz rayonu sakini Venera Əliyevanın minnətdarlıq məktubunda isə deyilir ki, bütün dünya koronavirus adlı çətin bir dönəmdən keçir:

"Bu çətinliyin içində biz də varıq. Lakin Sizin tərəfinizdən qəbul olunan qərarlar, dövlətimizin qoyduğu qaydalar bizi bu çətinlikdən xilas etdi. Siz gecə-gündüz çalışaraq bizi qorudunuz. Bizlər də qaydalara əməl edərək, evdə qalaraq, həm özümüzü, həm də sevdiyimiz insanları qorumuş, Sizə olan rəğbətimizi ifadə etmiş olduq.

Sizin bizi nə qədər çox sevdiyinizi artıq daha yaxşı anlayırıq. Tezliklə bu günləri geridə qoyacağıq. Əminik ki, daha gözəl sabahlar naminə Siz daha çox çalışacaq, xalqımızı daha çox sevindirəcəksiniz. Biz gənclər də bütün işlərinizdə Sizinlə həmrəy olaraq əlimizdən gələni etməliyik. İnanırıq ki, sabahımız daha yaxşı olacaq. Çünki Sizin kimi qayğıkeş rəhbərimiz var.

Cənab Prezident, xalqımıza qayğı göstərdiyiniz üçün Sizə dərin təşəkkür edirəm".

Müşahid Hüseyn Seyyid: “Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”
Müşahid Hüseyn Seyyid: “Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”
Qubada  ot tayalarında baş verən yanğınla bağlı araşdırılma aparılır
Qubada ot tayalarında baş verən yanğınla bağlı araşdırılma aparılır
"Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib
"Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib
Loading Bars
Xəbər lenti
Türkiyədə koronavirusdan sağalanların sayı 268 min nəfəri ötüb
Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır - FAKTLAR
Mövlud Çavuşoğlu: Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq
Paşinyanın yeni müharibə planı - Beynəlxalq ekspertlərin rəyləri
Departament rəhbəri: İqtisadi artım və inkişaf ölkəmizin əsas hədəflərindəndir
Türkiyənin Milli Müdafiə Nazirliyi: Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır
Ombudsman Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Müşahid Hüseyn Seyyid: “Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”
Qubada ot tayalarında baş verən yanğınla bağlı araşdırılma aparılır
I-IV siniflər üzrə 7 868 şagirdin valideyni övladını məktəbə göndərməkdən imtina edib
Bakıda koronavirus aşkar edilməsi səbəbindən 4 sinif distant formaya keçirilib
Qubada bir kənddə 8 müəllim koronavirusa yoluxub
Rəcəb Tayyib Ərdoğan: Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısının alınmaması dünyada riyakarlığın əsl nümunəsidir
Yeni tədris ilində 95 şagird və 26 işçi heyət koronavirusa yoluxub - Rəsmi
Azərbaycanda startapların inkişafı sahəsində əsas prioritet strategiyaların hazırlanması olacaq
İranlı hüquşünas: Ermənistanın hərəkətləri beynəlxalq sülhə və hüquqa təhdiddir
Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiyaya rəsmi səfəri davam edir (FOTO) (ƏLAVƏ OLUNUB)
Xaricidə təhsildə ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi qaydalarında dəyişiklik edilib
Xarici İşlər Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiqlənib
Təhsil Nazirliyi: Tarix elmi ilə heç bir əlaqəsi olmayan şəxslər tərəfindən təxribat xarakterli məlumat yayılıb
Sentyabrın 22-si üçün teledərslərin cədvəli açıqlanıb
Azərbaycan Prezidenti: Bir neçə ay öncə biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq
Prezident İlham Əliyev: Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır
İspaniya hökuməti koronavirusla mübarizə çərçivəsində Madridə hərbçiləri cəlb edəcək
Azərbaycan Prezidenti: Ermənistanın rəsmi ideologiyasında gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır
Prezident İlham Əliyev: Ermənistan mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir
Azərbaycan Prezidenti: Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır
Azərbaycan bu il 76.6 milyon dollarlıq pambıq lifi ixrac edib
Prezident İlham Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır
Prezident İlham Əliyev: Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır
Ombudsmanın regional mərkəzləri Beynəlxalq Sülh Günü ilə bağlı videokonfranslar keçirib
Prezident İlham Əliyev: Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir
Azərbaycan Prezidenti: Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir
Prezident İlham Əliyev: Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir
ABB “EY İlin İş Adamı™” müsabiqəsinə yenidən dəstək verir
Azərbaycan Prezidenti: Bu gün davam edən COVID-19 pandemiyası multilateralizmin əhəmiyyətini bir daha nümayiş etdirir
Azərbaycan Prezidenti: BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir
Prezident İlham Əliyev: Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmətə ehtiyacı var
Dövlət Xidməti: Ehtiyatda olan hərbi vəzifəlilərin çağırılması heç bir təşviş üçün əsas vermir
BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib - Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib (FOTO)
ADU-da “Peşəkar, qeyri-peşəkar, həvəskar tərcümənin fərqlilikləri” mövzusunda onlayn elmi konfrans keçirilib (FOTO)
Sabunçuda baş verən yanğın nəqliyyatın hərəkətində sıxlıq yaradıb
Sabunçuda açıq ərazidə başlayan yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Gömrük modernləşdirilməsi - məsləhətləşmə layihəsi ilə bağlı onlayn iclas keçirilib (FOTO)
Səfirlik: Azərbaycanla ticarət-iqtisadi əlaqələrin inkişafı Gürcüstan hökumətinin vacib prioritetidir
"Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib
"Milli Şura" və AXCP-nin qeybətxana şousu: Bu dəfə Əli Kərimlinin saxtakarlığı ifşa edilir (VİDEO)
Xarici KİV-lər Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb
Azərbaycanda 92 nəfər koronavirusa yoluxdu, 81 nəfər sağaldı, 1 nəfər vəfat etdi
II mərhələ üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
Əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı azaldıldı - FƏRMAN
Artıq PAŞA Bank müştəriləri olan kiçik və orta sahibkarlar Tender qarantiyasını almaq üçün Onlayn Bankdan müraciət edə bilərlər
DİM GRE: General Test imtahanı keçirəcək
Açıq şəkildə satılan çörək-bulka məmulatları ilə bağlı AQTA-dan açıqlama
AZAL Naxçıvana reyslərin sayını artırır
Sentyabrın 22-də manatın dollara qarşı məzənnəsi
Brayza: KTMT Ermənistanın və ya hər hansı bir digər dövlətin təxribatçı fəaliyyətini dəstəkləmir
Xızıda dayı bacısı oğlunu bıçaqladı
Carlsberg Azerbaijan və UAFA “toksik trio”nun gənclərə təsirini araşdırmaq üçün sosial tədqiqat aparmışlar (FOTO)
Bakıda Qazaxıstanın Ticarət Evi açılacaq
Namiq Abdullayev yığma komandanın baş məşqçisi təyin edilib
Şəhid çavuş dəfn edildi (FOTO) (ƏLAVƏ OLUNUB)
Deputat: Ermənistanın əl atacağı növbəti təxribat bu ölkə üçün çox ağır nəticələrə gətirib çıxaracaq
Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Balakən rayonunda keçirilib (FOTO)
Millət vəkili Nizami rayon sakinləri ilə görüşləri davam etdirir (FOTO)
Azərbaycan və Macarıstan arasında bir sıra sahələr üzrə sazişlər təsdiqləndi
Lənkəranda regional turizm idarəsi açılır
Naqif Həmzəyev: Ermənistanın avantürist, məkrli planı tezliklə puç olacaq
Piter Teys: Ermənistan rəhbərliyinin təhrikedici açıqlamaları Dağlıq Qarabağ münaqişəsi ətrafındakı gərgin vəziyyəti daha da çətinləşdirir
Dərslikdə erməni bayrağının rənglərinin olması iddiasına dair Təhsil Nazirliyindən açıqlama
“AzInTelecom” media nümayəndələrinə bulud texnologiyaları haqqında təlim keçib (FOTO)
ÜST koronavirus vaksininə görə Rusiyaya təşəkkür edib
“İki sahil” qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
Rusiyada koronavirusa yoluxanların sayı 1,1 milyon nəfəri keçib
YAP Gənclər Birliyi erməni təxribatı ilə bağlı bəyanat yayıb
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi bəyanatlar Rusiya KİV-lərinin diqqət mərkəzindədir (FOTO)
Daha 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu (FOTO)
Prokurorluq “Royal Park”da baş verən ölüm hadisəsilə bağlı məlumat yaydı
İranda 177 nəfər koronavirusdan ölüb
Azər Türk Bank “Mərkəz” filialını yeni konsepsiyada qurur
DİM kollecə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib
İnternet üzərindən satış edirsiniz, lakin nağdsız ödəniş qəbul etmək üçün POS terminal, vebsayt və ya mobil əlavəniz yoxdur?
Ceyhun Bayramovun moldovalı həmkarı ilə telefon danışığı olub
Azərbaycan Dillər Universitetində “Çin mədəniyyəti həftəsi” keçirilir
Tovuzda növbəti erməni təxribatı ilə bağlı cinayət işi başlandı
Azərbaycanda qızıl bahalaşıb
Azərbaycana silahlı müdaxilə Ermənistan üçün fəlakətli nəticələrə gətirib çıxaracaq - Gürcüstan deputatı
Bu il 290 kilometr qaz xətti təmir olunub (FOTO)
Bakının yeni turistik məkanına çevriləcək Bibiheybət (FOTOREPORTAJ)
Qiymətli kağızlar bazarı yenidən canlanır: Bazarın yeni iştirakçıları hansı perspektivlər vəd edir?
“WhatsApp”da yeni funksiya işə salınacaq
Bakı Yunus Əmrə İnstitutu Bakı Türk Anadolu Liseyi şagirdlərinə dəstək olub (FOTO)
Neftçalada 18 yaşına çatmamış qızın qeyri-etik fotolarını çəkərək yayan şəxs həbs edilib
Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib (FOTO)
Mətbuat Şurası müraciət yayıb
Hərbçilərə pensiya təyinatının avtomatlaşdırılması tezliklə həll ediləcək - Rəsmi
Altıağacda bıçaqlanma olub (FOTO)
Ali təhsil dövrü staj kimi qəbul edilir - Nazirlik
Çinə Rusiyadan idxal olunan məhsulda koronavirus aşkarlandı
Bütün xəbərlər