Bir sıra qanun layihələri II oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib

Bir sıra qanun layihələri II oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, komitə sədri Musa Quliyev diqqətə çatdırdı ki, gündəliyə iki məsələ - “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri daxildir. Hər iki sənəd ikinci oxunuşda təqdim olunur.

Komitə sədri qeyd etdi ki, birinci oxunuşda hər iki layihə komitə iclasında ətraflı müzakirə edilib, faydalı fikirlər səslənib. Eyni zamanda Milli Məclisin son plenar iclasında hər iki məsələ birinci oxunuşda geniş müzakirə olunub və qəbul edilib.

Bildirildi ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna 11 dəyişiklik edilib və 10-cu maddə yenidən işlənib. Dəyişikliklərin hamısı humanist məqsədlərə xidmət edən, yoxsul insanların dövlət yardımına əlçatanlığını daha da genişləndirən müddəalardır. Sənəd ölkə Prezidentinin ünvanlı sosial yardımın çevrəsini daha da genişləndirmək, əlçatanlığı asanlaşdırmaq, şərtləri yumşaltmaq barədə tövsiyəsinin əsasında hazırlanıb.

Məlumat verildi ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna nəzərdə tutulan düzəlişə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Mövcud variantda bu müddət 2 ilə bərabərdir.

Qanunun 10-cu maddəsi isə yeni redaksiyada təklif olunur. Burada qeyd edilir ki, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə tam və düzgün məlumat verməlidir. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, bu barədə müvafiq quruma 15 iş günü müddətində məlumat verməlidir. Sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Maddədə digər vacib məqamlar da öz əksini tapıb. Təklif olunan dəyişikliklər növbəti illərdə ünvanlı dövlət sosial yardımın və özünüməşğulluq proqramlarının genişləndirilməsini, həmçinin aktiv özünüməşğulluğa yönləndirilməsini təmin edəcək.

İclasda çıxış edən komitə sədrinin müavini Məlahət İbrahimqızı, deputatlar Jalə Əliyeva, İlham Məmmədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Əziz Ələkbərov, Səttar Möhbalıyev, Arzu Nağıyev qanuna edilən dəyişikliklərin əhəmiyyətli olduğunu söylədilər.

Sonra İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi haqqında məlumat verildi. Diqqətə çatdırıldı ki, sənəd “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Qanunda müvafiq tələblərin pozulmasında təqsirkar olan şəxslərin İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıması da öz əksini tapıb. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi nəzərdə tutulur. Sənəddə uyğunlaşdırma məqsədi ilə bir sıra digər düzəlişlər də aparılıb.

Tədbirin sonunda hər iki qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Amsterdamda polis nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edir
Amsterdamda polis nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edir
Avstriya sərt karantin müddətini 7 fevrala qədər uzadır
Avstriya sərt karantin müddətini 7 fevrala qədər uzadır
Azərbaycan və Türkiyə ordularının birgə təlimi keçiriləcək (FOTO/VİDEO)
Azərbaycan və Türkiyə ordularının birgə təlimi keçiriləcək (FOTO/VİDEO)
Loading Bars
Xəbər lenti
İndoneziyada zəlzələlər nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı
Türkiyədə son sutkada koronavirusdan 8 812 nəfər sağalıb
ABŞ-ın yeni vitse-prezidenti yanvarın 18-də əvvəlki vəzifəsini tərk edəcək
Şəhid ailələrinə və müharibə əlillərinə qayğı bundan sonra da artacaq - Deputat
Amsterdamda polis nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edir
Hirkan Milli Parkında yanğın davam edir
Avstriya sərt karantin müddətini 7 fevrala qədər uzadır
Qara dənizdə batan Rusiya gəmisinin heyətindən 6 nəfər Türkıyə tərəfindən xilas edilib, daha dörd nəfər həlak olub
Şuşa fatehlərindən olan şəhid çavuş
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Füzulidə (FOTO)
Azərbaycanda 845 nəfər COVID-19-dan sağalıb, 322 nəfər yoluxub, 11 nəfər vəfat edib
Əhməd İsmayılov Elçin Şıxlının "Pressinq" verilişinin qonağı olub (VİDEO)
Azərbaycan və Türkiyə ordularının birgə təlimi keçiriləcək (FOTO/VİDEO)
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir (FOTO)
Murov dağı istiqamətində Ömər aşırımında yenidən azan səsləndirilir (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır
MN səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətləri ilə bağlı məlumat yayıb (VİDEO)
Türkiyədə zəlzələ baş verib
Ünvanlı sosial yardım necə təyin edilir? (VİDEO)
Sumqayıtda arvadını boğaraq qətlə yetirən şəxs saxlanıldı
Rusiyada koronavirusa yoluxanların sayı 3,56 milyonu keçib
Daha iki qazimizə sosial dəstək işləri başlanılıb (FOTO)
Azərbaycanda qarşıdakı dövrdə tədrisin təşkili qaydaları gələn həftə açıqlanacaq
Bütün türk xalqları azad edilmiş ərazilərin dirçəlməsini təmin edəcəklər - TÜRKSOY-un baş katibi
MN-də yaradılmış komissiyalarda “veteran adı”nın verilməsi səlahiyyəti yoxdur - Anar Eyvazov
Təxris olunanların müraciətinə baxılması üçün daha 2 komissiya yaradılacaq - MN
Azərbaycan qələbəsi bütün türk ölkələri üçün çox böyük bir qələbədir - TDƏŞ Baş katibi
MN-də yaradılan komissiyada Bakı şəhəri üzrə 1751 müraciətə baxılıb - Anar Eyvazov
Sabahın hava proqnozu açıqlanıb
Dələduzlar kart məlumatlarınızı oğurlaya bilərlər - XƏBƏRDARLIQ
Ermənistan Ağdamda tarixi, dini abidələr talan edib, buna biganə qala bilmərik - Türk Mədəniyyət və İrsi Fondunun prezidenti
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Ağdama səfər edib (FOTO)
Dünyada sutka ərzində koronavirusdan 13 minə yaxın insan ölüb
Marginallar bu tarixi imtahanda da xalqımızın yanında ola bilmədilər - Deputat
Naxçıvan koridorunun regionda yaratdığı perspekivlər - Postblokada dövründə yeni inkişaf mərhələsi
SOCAR istiqrazları sahiblərinə növbəti dəfə $1.25 milyon dollarlıq gəlir gətirəcək
Əfqanıstanda güclü zəlzələ baş verib
Henri Deqlan Qran-Pri turnirində güləşçilərimiz 5 medal qazanıblar
Qubada ikimərtəbəli ev yanıb
NASA mütəxəssisləri Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqlarını keçiriblər
İndoneziyada baş verən bir sıra zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatıb
2021-ci ilin martına qədər koronavirus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlər xəbərdarlıq edib
Avstriya sərt karantin müddətini 24 yanvardan 7 fevral tarixinə qədər uzadacaq
Argentinada koronavirusun "Britaniya" ştammına ilk yoluxma hali aşkar edilib
Danimarkada "Cənubi Afrika" ştammına ilk yoluxma faktı qeydə alınıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 688 mindən çox artıb
Türkiyədə son sutkada koronavirusdan 8 005 nəfər sağalıb
Suraxanıda tikili yanıb
Fransada etiraz aksiyasında 12 polis xəsarət alıb (ƏLAVƏ OLUNUB)
Filippin Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb
Azərbaycanın ictimai həyatında gənclərin iştirakı
Hirkan Milli Parkında baş verən yanğın lokallaşdırıldı
Azərbaycanda COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib
Britaniyada son sutkada koronavirusdan 1295 nəfər ölüb
Zabratda qamışlıq ərazidə baş verən yanğın söndürülüb
Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub
Dövlət Yol Polisi: Müvafiq icazəsi olmayan şəxslər keçid postlarından buraxılmayacaqlar
Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclər bizə Zəfər yaşatdı - Deputat
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Göyçay rayonunda ev yanıb
Şamaxı rayonunda yaşıllıqların sahəsi daha da genişləndirilir (FOTO)
Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi təmin edilib (VİDEO)
Ötən il Azərbaycanın neft məhsulları ixracı artıb
Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib (FOTO)
Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib (FOTO)
Ağdam rayonunun Şelli kəndi (FOTO/VİDEO)
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
“Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
BŞİH və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib (FOTO)
Kəlbəcər qəbiristanlığında 27 ildən sonra azan səslənib (VİDEO)
Çində 5 gün ərzində xəstəxana tikilib
Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb - STATİSTİKA
İranda 96 nəfər koronavirusdan ölüb
İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO)
Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, Azərbaycan həmişə bəşəri dəyərlərə qiymət verən humanist bir dövlətdir - Tamam Cəfərova
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
Bakının hansı rayonunda koronavirus daha çox yayılıb?
Prezidentin tarixi zəfəri: Bir zamanlar düşmənlərin “Yallı” getdiyi Cıdır düzünə artıq öz sahibləri qayıdıb
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr
Köçkünlərin azad edilən ərazilərimizə qayıdışı 3 mərhələdə ola bilər - İqtisadçı
Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib! (FOTO)
Gürcüstanda hakim partiyanın yeni sədri seçilib
Moskva hava limanlarında onlarla reys təxirə salınıb
Yol polisindən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edilib (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb (FOTO)
Biləsuvarda su kanalında qadın batıb
Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq - Vüqar Rəhimzadə
Ermənilər Qarabağda Azərbaycan mədəniyyətinin izlərini silməyə çalışırdılar - Deputat
Bu yollarda karantin postları fəaliyyətini davam etdirəcək - DYP
Bu ərazilərdə karantin postları ləğv edilir - Baş DYP
Gəncədə yaşayış yerini tərk edən COVID-19 xəstələrinə cinayət işi açılıb
Füzuli rayonunun Mirzəcamallı kəndi (FOTO/VİDEO)
54 şəhid ailəsi üzvü tibbi müayinədən keçirildi (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib (FOTO)
Bütün xəbərlər