...

Tahir Rzayev: Karantinlə bağlı təlimatlara əməl etməyənlər barəsində ciddi inzibati tədbirlər görülməlidir

Siyasət Materials 25 May 2020 18:32 (UTC +04:00)
Lazım olarsa, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən koronavirusun yayılmasının qarşının alınması ilə bağlı mövcud təlimatlara əməl etməyənlər, o cümlədən qapalı məkanlarda tibbi maskalardan istifadə etməyənlər üçün müəyyən cərimələr tətbiq edilməli, onlar barəsində hətta ciddi inzibati tədbirlər görülməlidir.
Tahir Rzayev: Karantinlə bağlı təlimatlara əməl etməyənlər barəsində ciddi inzibati tədbirlər görülməlidir

Bakı. İlhamə İsabalayeva – Trend:

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirusun yayılmasının qarşının alınması ilə bağlı mövcud təlimatlara əməl etməyənlər barəsində ciddi inzibati tədbirlər görülməlidir.

Bunu Trend-ə Milli Məclisin Arqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Artıq müəyyən ölkələrdə bununla bağlı cərimələrin tətbiq edildiyini deyən deputatın sözlərinə görə, bəzi dövlətlərdə təlimatlara əməl etməyənlərə qarşı həbs-qətimkan tədbiri də seçilib.

Son günlər Azərbaycanda da koronavirusa yoluxma hallarının artdığını deyən T.Rzayev bunun insanların təlimatlara əməl etməməsinin nəticəsi kimi dəyərləndirib:

“Bu, insanların kütləvi şəkildə bir yerə toplanmasının, qaydalara əməl etməməsinin, qapalı məkanlarda tibbi maskadan istifadə etməməsinin nəticəsidir. Əslində, tətbiq edilən qayda-qanun insanların özlərinin sağlamlığı üçün vacibdir. Dövlətin səlahiyyətli şəxsləri, mütəxəssislər tərəfindən də dəfələrlə də bildirilib ki, insanlar öz sağlamlıqlarını qorumaq üçün qaydalara, təlimatlara əməl etməlidirlər. İnsanlar şüurlu şəkildə dərk etməlidirlər ki, dövlət bu xəstəliklə mübarizəyə kifayət qədər böyük məbləğdə vəsait sərf edərək onların sağlamlığının qayğısına qalırsa, o, özü də bunun üçün çalışmalıdır. Amma təəssüf ki, biz bu gün bunu müşahidə etmirik. İnsanların laqeydliyinin, məsuliyyətsizliyinin nəticəsi olaraq, ölkədə koronavirusa yoluxma halları getdikcə artır. Bu da bizi olduqca narahat edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti