...

Deputatlar bu gün bir neçə qanun layihəsini müzakirə edəcək - SİYAHI

Siyasət Materials 4 İyun 2020 09:31 (UTC +04:00)
Bu gün Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçiriləcək.
Deputatlar bu gün bir neçə qanun layihəsini müzakirə edəcək - SİYAHI

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçiriləcək.

Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin (birinci oxunuş) və “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi nəzərdə tutulur.

Müzakirələrdə deputatlar və sahə mütəxəssisləri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti