Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)

Bakı. Trend:

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Trend-in məlumatına görə, dövlətimizin başçısı iclasda çıxış edib.

-Dünən günorta saatlarında Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib. Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir. Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olmuşdur. Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak olmuşdur. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.

Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər.

Bu gün sərhəddə gərgin vəziyyət davam edir. Dünən gecə bütün aidiyyəti qurumlarla, komandanlarla əlaqədə idim. Bu gün səhər tezdən də mənə operativ məlumat verilib və sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq.

Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki, bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki, mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin.

Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq.

Bildiyiniz kimi, Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alıb. Eyni zamanda, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib. Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur. Eyni zamanda, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar, əlbəttə ki, onların təbliğatını alt-üst edir. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var və bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik. Eyni zamanda, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bunu da təsdiqləyən kifayət qədər çox beynəlxalq sənədlər və açıqlamalar var. O cümlədən, bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri pislədilər. Beləliklə, bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olundu, bir daha açıq göstərildi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Ona görə hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edibdir. Digər tərəfdən, o da sirr deyil ki, artıq uzun müddətdir ki, Ermənistan münaqişə ilə bağlı öz addımlarında xüsusilə Ermənistan-Azərbaycan dövlət sərhədini misal gətirərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir. Halbuki bu, yalandır. Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan isə sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir. Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk. Ona görə Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda, saxta məlumatlar uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki hərbi təxribat bu çirkin siyasətin növbəti təzahürüdür.

Hesab edirəm ki, bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Bizim təşəbbüsümüzlə beynəlxalq təşkilatların zirvə görüşləri keçirilib. Bizim təşəbbüsümüzlə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb.

Ona görə beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət qədər gərgindir. Vəd olunan dırnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən başa düşülür ki, bu, xülyadır, bu, yalandır. Əlbəttə ki, dünənki hadisə ilə bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı məlumat yalanın növbəti əlamətidir. Bu məlumatda onlar məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Halbuki buna heç bir əsas yoxdur və bir daha demək istəyirəm ki, - bütün müstəqil ekspertlər bunu təsdiq edə bilər, - heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib. Məhz bunun nəticəsində bizim hərbçilərimiz həlak olub. Onların gücü ona çatır ki, ancaq mülki əhalini atəşə tutsunlar, ya da ki, qəflətən bizim hərbi postumuza atəş açsınlar. Bunu da onlar etdilər və bir daha öz çirkin və məkrli mahiyyətlərini ortaya qoydular.

Mən bir daha demək istəyirəm ki, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik.

Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib.

İsmayıllıda tarixi abidə və sənət nümunələri tapılıb (FOTO)
İsmayıllıda tarixi abidə və sənət nümunələri tapılıb (FOTO)
Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb (FOTO)
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb (FOTO)
Loading Bars
Xəbər lenti
Sumqayıtda minik maşını avtobusla toqquşub, 1 nəfər ölüb
ATƏT-in Minsk Qrupunun fəaliyyətinə yenidən baxılmalıdır - Deputat
Qazaxda 1 ədəd partladıcı aşkarlanıb (FOTO)
Fransa eşitmə məhdudiyyətli şəxslər üçün maska istehsal edir
Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan sahəsində infrastruktur işləri başa çatmaq üzrədir
Azərbaycanda 89 nəfər koronavirusa yoluxdu, 207 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib
Koronavirusdan sağalan həkim Cavid Paşayev evə buraxılıb (FOTO)
Baş Prokurorluq ötən həftə baş verən hadisələri əks etdirən videoçarx hazırlayıb (VİDEO)
Kənd inzibati ərazi dairələrinin təsərrüfatbaşına uçot sənədləri çap olunacaq - QƏRAR
Tibbi maskadan istifadə və şəxsi gigiyenanın gözlənilməsi gündəlik həyatımızın bir parçası olmalıdır - Deputat
ABŞ Polşada qoşunlarının sayını artırır
Bakıda özünü dənizə atan şəxs xilas edildi
Koronavirusla mübarizədə Azərbaycan dövləti yetərincə müsbət nəticələr əldə edib - Deputat
Bakıda körpünün üzərində qəza olub (FOTO)
Fuad Nurullayev: Hazırda dini ayinlərin məscidlərdə keçirilməsi virusun yayılması baxımından real təhlükə yaradır
Mingəçevirdə yaşadığı ünvanı tərk edən daha bir COVİD-19 xəstəsi saxlanıldı (FOTO)
Rusiyada koronavirus vaksininin istehsalı başlayıb
QMİ: Operativ Qərargahın dini mərasimlərlə bağlı verdiyi qərarlara riayət etmək zəruridir
Rusiyada koronavirusa yoluxanların sayı 917 min nəfəri keçdi
Həmsədrlərin Ermənistanın qanunsuz fəaliyyətinə münasibət bildirməsi üçün kifayət qədər əsaslar var - Azay Quliyev
Pandemiya dövründə məscidlərə toplaşmaq və müxtəlif mərasimlər təşkil etmək məqsədəuyğun deyil
Fransa Azərbaycanlıları Koordinasiya Şurası hesabat verib və Şuranın yeni əlaqələndiricisi seçilib
Abşeronda gizli fəaliyyət göstərən restoran aşkar edilib (FOTO/VİDEO)
İranda koronavirusa yoluxanların sayı 340 mini keçib
Sabirabadda kafe yanıb
Sumqayıtda bir nəfərə zor tətbiq edib, görüntüləri sosial şəbəkələrdə yayanlar saxlanılıblar (FOTO/VİDEO)
AFFA kəndlərdə idmanın inkişafına dəstək verir (FOTO)
Dövlət Vergi Xidməti: İctimai iaşə obyektləri ilə bağlı yumşalmalar toylara şamil edilmir
Zaqatalada qaydaları pozan velosipedçilər cərimələnib (FOTO)
XİN Ermənistanın Kəlbəcərdə saldığı yeni qanunsuz yaşayış məskəninin peyk görüntülərini yayıb (FOTO)
Ermənistanda koronavirusa yoluxma sayı artır
AQTA: Kafe və restoranlarda müştəri qəbulu normadan 2 dəfə az olmalıdır
Hikmət Hacıyev: Biz Paşinyanın özünü komik vəziyyətə salmasının Münhendə Prezident İlham Əliyevlə debatı zamanı da şahidi olmuşduq
Dövlət Vergi Xidməti: İctimai iaşə obyektləri müəyyən qaydalar çərçivəsində işləyəcək
Mülki şəxslərin qadına qarşı zorakılıq etməsi ilə bağlı yayılan iddialar əsassızdır - Polis
Koronavirusa yoluxan həkim Cavid Paşayev sağalıb, bu gün evə buraxılacaq
Prokurorluq Abşerondakı qətllə bağlı məlumat yayıb
Qatqı maddələri, yoxsa qida əlavələri?
Braziliyada bir gündə koronavirusa 50 644 nəfər yoluxub
Həftəsonu ictimai nəqliyyatın bərpası müzakirə olunacaq
Xaricdən avtomobili ilə qayıtmaq istəyən vətəndaşlar səfirliklərə və Operativ Qərargaha müraciət edə bilərlər - Hikmət Hacıyev
Biz yardım etdiyimiz kimi, digər ölkələrdən də bizə yardımlar edilə bilər - PA rəsmisi
Operativ Qərargah toylardan danışdı
Hazırda iri ticarət mərkəzlərinin açılması ilə bağlı yekun qərar yoxdur - Şöbə müdiri
Çin və İtaliyadan gələn həkimlər ödənişli əsaslarla fəaliyyət göstərmirlər - Operativ Qərargah
Bir valideyn olaraq məktəblərin bağlı qalması məni də narahat edir - PA rəsmisi
Epidemiya başlayandan ön cəbhədə olanlardan biri polis əməkdaşlarıdır - Şöbə müdiri
TƏBİB: Karantin rejimi xəstəxanalarda doluluq səviyyəsi ilə müəyyən edilmir
Hikmət Hacıyev: Vətəndaşların bir qismi təyyarə göndərilən məqamda gəlməkdən imtina etdi
Təhsil müəssisələrinin bərpası ilə bağlı konkret vaxt yoxdur - Hikmət Hacıyev
TƏBİB: Rusiyadan peyvəndin alınması ilə bağlı danışıqlara başlamamışıq
Sertifikatlaşdırılmış peyvənd bazara çıxarılacağı təqdirdə alınması üçün işlər görüləcək - Operativ Qərargah
Azərbaycan borclanmaya getmir, öz resurslarımız kifayət qədərdir - Şöbə müdiri
Bəzi rayonlarda leysan yağıb, çaylardan sel keçib
Prezidentin köməkçisi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib
Açılmalara getdiyimiz zaman yoluxmada artımlara hazır olmalıyıq- TƏBİB
Hətta rəsmi ezamiyyətlər rayonlarda yoluxma sayına təsir göstərir - Hikmət Hacıyev
Paytaxtda sərnişindaşımaya 100 avtobus da əlavə olunub
Tədrisin bərpası kompleks şəkildə araşdırılır - Prezidentin köməkçisi
Hikmət Hacıyev: Qismən və cüzi artma müşahidə olunur, bu da insanların aktivlik dinamikası ilə bağlıdır
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib
Gömrükçülər qanunsuz gətirilən siqaretləri müsadirə ediblər (FOTO)
Mingəçevirdə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb (FOTO)
Binəqədidə zibil qutularının olmadığı ərazi tullantılardan təmizlənib, konteynerlər qoyulub
Regional Rabitə Birliyinin Telekommunikasiya və İnfokommunikasiya Operatorları Şurasının iclası keçirilib (FOTO)
Cənubi Koreyada mart ayından sonra ən yüksək yoluxma qeydə alınıb
Kafe və restoranlarda qəlyan çəkməyə və 6 nəfərdən artıq toplaşmağa icazə verilməyəcək
Kafe və restoranların iş qrafiki açıqlanıb
Operativ Qərargah kafe və restoranlarla bağlı qərar verdi
II və III ixtisas qrupları üzrə test tapşırıqlarının düzgün cavabları açıqlanıb
Paytaxtda karantin rejiminə əməl etməyən satış obyektləri aşkarlanıb (FOTO)
Deputat Sevil Mikayılova Türkiyənin “Ekotürk” telekanalına müsahibə verib (VİDEO)
KİV: "Barselona" baş məşqçini istefaya göndərəcək
Xaçmazda narkotik becərən şəxslər saxlanıldı (FOTO)
Ermənistan sutka ərzində atəşkəsi 30 dəfə pozub
Paytaxt küçələri növbəti dəfə dezinfeksiya edilir (FOTO/VİDEO)
Ağsuda istifadəyə verilən subartezian quyusu ilə 25 hektar ərazini suvarmaq mümkün olacaq
Hindistan konstruktiv, etibarlı qlobal aktordur
Hindistan 74-cü Müstəqillik Gününü qeyd edir
Azərbaycanın Ukraynaya neft və neft xammalının ixrac həcmi açıqlanıb
İsraildə koronavirusa yoluxanların sayı 90 min nəfəri ötüb
Qazaxıstanda daha 439 nəfər koronavirusa yoluxub
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
Rusiya və İsveçrə arasında hava əlaqəsi bərpa edilir
Trüdo Beyrutdakı partlayışda iki kanadalının öldüyünü bildirib
Moskvada bir sıra aviareys ləğv edilib
BMT TŞ-da İrana qarşı silah embarqosunun müddəti uzadılmayıb
Kanada-ABŞ sərhədi sentyabrın 21-dək bağlı qalacaq
"Barselona"nın müdafiəçisi koronavirusa yoluxub
Səfir Elxan Poluxov “Qanunvericilikdə Dini Azadlıq” mövzusunda videokonfransda iştirak edib (FOTO)
Moskvada koronavirusdan daha 12 nəfər ölüb
Çempionlar Liqası: "Bavariya" "Barselona"nın qapısından 8 top keçirdi
Tehranda yaşayış evində partlayış olub, xəsarət alanlar var
Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub
Dünyada koronavirusa yoluxanların sayı 21 milyon nəfəri ötüb
İbrahim Kalın: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 286 mindən çox artıb
Makron İran üzrə sammitdə iştirak etməyə razılaşıb
Bütün xəbərlər