Vüqar Rəhimzadə: Ermənistan hakimiyyəti son təxribatı zamanı üzləşdiyi çoxsaylı itkini gizlətməkdə acizdir

Vüqar Rəhimzadə: Ermənistan hakimiyyəti son təxribatı zamanı üzləşdiyi çoxsaylı itkini gizlətməkdə acizdir

Bakı. Trend:

Bu gün işğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq iqtidarında deyil. Ölkəmizin dayanıqli inkişafı bütün sahələrdə, o cümlədən ordu quruculuğunda mühüm addımların atılmasını şərtləndirir. Dövlətimizin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Azərbaycanın ənənəvi olaraq Beynəlxalq müdafiə sərgilərinə ev sahibliyi etməsi də dövlətimizin ordu quruculuğunda qazandığı uğurlara, eyni zamanda, dünyanın silah istehsalı sahəsində öndə gedən ölkələri və transmilli şirkətləri ilə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrə əsaslanır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan Ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində işğalçı ölkənin silahlı qüvvələrinin törətdikləri təxribat nəticəsində baş verən döyüşlərdə bir daha öz gücünü, qüdrətini nümayiş etdirdi: “Ermənilərin növbəti hərbi təxribatının qarşısı qətiyyətlə alındı. Çox təəssüf ki, Azərbaycan Ordusu bu döyüşlərdə şəhid verdi. Azərbaycan tərəfi hərbi əməliyyatların gedişi zamanı operativ surətdə itkilərlə bağlı dəqiq rəsmi məlumatlar açıqlasa da, erməni tərəfi xislətinə uyğun olaraq əvvəlcə israrla heç bir itki vermədiyini iddia edirdi. Artıq, necə deyərlər, “cidanı çuvalda gizlətmək” mümkün deyil. Azərbaycan tərəfinin düşmənin xaincəsinə hücumunun ilk anlarından Ermənistan ordusunun ciddi itkilər verməsi barədə reallığa əsaslanan rəsmi məlumatları işğalçı dövlət tərəfindən etiraf olunmaqdadır. Düşmən ölkənin sosial mediasında Tovuz istiqamətində hücumu zamanı Ermənistan silahlı qüvvələrinin 100-dən artıq əsgər və zabit itkisi ilə üzləşdiyi, xeyli sayda hərbi texnikasının məhv edildiyi barədə məlumatlar yayılıb və bu informasiyalar erməni cəmiyyətində böyük ajiotaj və təlaş yaradıb”.

“Göründüyü kimi, Azərbaycan Ordusunun yenilməz gücü və qüdrəti qarşısında erməni ordusunun zəifliyi daha qabarıq şəkildə özünü büruzə verir” söyləyən V.Rəhimzadə qeyd edib ki, iqtisadi böhran içərisində çabalayan Ermənistanın son təxribatına Azərbaycan Ordusunun verdiyi adekvat cavabdan sonra işğalçı ölkənin siyasi və hərbi rəhbərliyinin hər hansı bir sahədə, o cümlədən ordu quruculuğunda inkişafdan danışması təəccüb doğurar. Hazırda, yəni, qlobal problem olaraq həlli qlobal səviyyədə birlik, həmrəylik tələb edən COVID-19-un agır nəticələrini yaşayan işğalçı Ermənistanın istər daxildəki problemlər, istərsə də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin uzanması məqsədilə törətdiyi son təxribat işğalçı dövlətin ordusunda da yaşanan duruma aydınlıq gətirdi. Bu baxımdan ki, Ermənistan ordusunda generallar, zabitlər əsgərlərin arxasında gizlənərək oz canlarıni qoruyur, onları döyüşlərə cəlb edərək həlak olmalarına səbəb olurlar. Amma yağı düşməndən fərqli olaraq Azərbaycan Ordusunun generalı tabeliyində olan hərbçilərdən özünü fərqləndirmir, qarşıda duran tapşırığı yerinə yetirmək üçün öz canını hər an qurban verməyə hazır olduğunu nümayiş etdirir. Ermənistan silahlı qüvvələrinin son təxribat əməllərinin qarşısı qətiyyətlə alınarkən əsgərlərlə birlikdə ön xətdə döyüşərək həlak olan ordumuzun general-mayoru Polad Həşimovun və digər yüksək çinli şəhid zabitlərimizin qəhrəmanlıq nümunəsi bunu bir daha sübut etdi”.

Baş redaktor Ermənistan hakimiyyətinin döyüşlərdə həlak olanların sayını azaltmaq cəhdini düşmənin acizliyi, cılızlığı kimi dəyərləndirərək bildirib ki, bu yolla ordu barədə güclü imic yaratmaq mümkün deyil: “Siyasi savadsızlıq və korafəhmlik belə bir yanaşmaya əsas versə də, reallıq budur ki, hərbi təxribatdan, döyüşdən söhbət gedirsə, itki qaçılmaz olacaq. Bugünədək siyasətini, təbliğatını yalan üzərində quran, özünə saxta tarix yazıb illərdir işğalçılıq siyasəti ucbatından iqtisadi çətinliklər məngənəsində boğulan bir dövlətin rəhbərliyi itkiləri də inkar yolunu tutursa, artıq bunun geniş şərhə ehtiyacı yoxdur. Çünki bu günlər istər xarici KİV-lərdə, istərsə də Ermənistan mətbuatında döyüşlərdə xeyli sayda erməni hərbçilərinin həlak olduğu faktlar əsasında açıqlanır. Bildirilir ki, Ermənistan silahlı qüvvələri istər hərbi texnika, istərsə də canlı qüvvə baxımından ciddi itkilər verərək geri oturmağa məcbur edilib. Görünür, Ermənistan hakimiyyəti azadlığını və müstəqilliyini boğmaga cəhd etdiyi öz mətbuatında yer alan bu məlumatlardan xəbəsizdir.”

Vüqar Rəhimzadə bildirib ki, döyüş meydanında məğlub olan Ermənistan ənənəsinə uyğun olaraq yalan təbliğata əl atıb: “Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, guya Azərbaycan əsgərləri “UAZ” markalı maşınla sərhədi keçməyə cəhd göstərdikdən sonra ermənilər xəbərdarlıq atəşi açaraq həmin əsgərləri maşını tərk etməyə məcbur ediblər. Ermənistan Müdafiə Nazirliyinin sözçüsü bir saatdan sonra Azərbaycan qoşunlarının ikinci dəfə cəbhəni keçməyə cəhd göstərdiklərini, bu zaman artilleriya atəşindən istifadə etdiklərini iddia edir. Bu, ermənilərin növbəti riyakarlığıdır. Onlar nə qədər hiyləgər, mənəviyyatsız olduqlarını bir daha dünya ictimaiyyətinə nümayiş etdirdilər.

«Ermənistan tərəfinin yaydığı yalan məlumatlar o miqyasa çatıb ki, nəinki Azərbaycanın, hətta xarici mətbuatın belə nəzərindən yayınmır» söyləyən baş redaktor vurğulayıb ki, Almaniyanın “Bild” nəşrinin jurnalisti, siyasi analitik Yulian Röpke öz “Twitter” səhifəsində Ermənistan Müdafiə Nazirliyinin yaydığı videonu şərh edərək yazıb ki, görüntülərdəki əslində PUA yox, iki mühərrikli ensiz mülki təyyarədir. Almaniyalı jurnalist bir tərəfdən havadan müdafiə sistemlərinin mülki təyyarəyə tuşlanmasına, digər tərəfdən isə Ermənistanın Müdafiə Nazirliyinin rəsmi “YouTube” səhifəsində bu cür yalan videoların yerləşdirilməsinə təəccübləndiyini bildirib.

V.Rəhimzadə qeyd edib ki, törətdikləri təxribatı Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərən Ermənistanın hakimiyyət orqanları bununla yenə də dünyanın diqqətini özlərinin işğalçılıq, faşizm siyasətlərindən yayındırmağa çalışır, belə rəy yaratmaq istəyirlər ki, guya Azərbaycan sülh danışıqlarında maraqlı olmadığı üçün hərbi təxribatlara əl atır. Nəzərə alsaq ki, döyüşlər Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə ağır silahlardan istifadə olunmaqla aparılıb, Ermənistanın məqsədi bəlli olur: Dağlıq Qarabağ probleminin həllinin qarşısını almaq, yeni bir münaqişə mənbəyi yaratmaq. Bu reallıqlar bir sıra beynəlxalq təşkilatların, dövlətlərin təxribatla bağlı yaydıqları bəyanatlarda da öz əksini tapıb.”

Baş redaktor vurğulayıb ki, diqqəti çəkən əsas məqamlardan biri də odur ki, bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Baş katibi ermənilərin hərbi təxribatına münasibət bildirsə də, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri yenə də ənənələrinə uyğun olaraq seyrçi mövqedə dayanmağa üstünlük verirlər. Düşünürük ki, BMT səviyyəsində pislənilən bu təxribat ATƏT-in Minsk qrupunun həmsədrlərinə missiyası ilə bağlı xatırlatmalar etməklə yanaşı, onu işğalçını öz adı ilə çağırmağa vadar edəcəkdir.

Müəllimlərin işə qəbulu imtahanında tələbələr də nəzarət edəcək
Müəllimlərin işə qəbulu imtahanında tələbələr də nəzarət edəcək
6 ayda ev şəraitində 83 uşaq doğulub
6 ayda ev şəraitində 83 uşaq doğulub
Uşaqları çimərliyə apararkən ən çox nəyə diqqət edilməlidir? - Həkim məsləhəti
Uşaqları çimərliyə apararkən ən çox nəyə diqqət edilməlidir? - Həkim məsləhəti
Loading Bars
Xəbər lenti
Müəllimlərin işə qəbulu imtahanında tələbələr də nəzarət edəcək
6 ayda ev şəraitində 83 uşaq doğulub
Uşaqları çimərliyə apararkən ən çox nəyə diqqət edilməlidir? - Həkim məsləhəti
Polis imtahanlarda gücləndirilmiş iş rejimində xidmət aparıb (FOTO)
Təhsil Nazirliyi: Namizədlər ən çox Bakı və Sumqayıtda imtahan verirlər
Pandemiya şəraitində tibb işçilərinin sağlamlığının qorunması tibb müəssisələrinin prioritet vəzifəsidir
"Papanin" stansiyası və Xocasən deposunda görülən işlərlə bağlı AÇIQLAMA
Azərbaycan neftinin qiymətləri dəyişib
Dünyada koronavirusa yoluxanların sayı 21 milyon nəfəri keçib
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yayıb
Bu gündən problemli əmanətlərin qaytarılmasına başlanılır
Azərbaycanda qızıl və gümüş bahalaşır
Rusiyada daha 114 nəfər koronavirusdan ölüb
Şabranda velosipedçilərə qarşı reyd keçirilib - 9 nəfər cərimələnib (FOTO)
Azərbaycanda ali məktəblə peşə məktəbinin birgə kampusu yaradılacaq
Bakı Ali Neft Məktəbinin məzunları DAAD təqaüdünü qazanıb
Avropa azərbaycanlıları erməni lobbisini dünya ictimaiyyətini çaşdırmaqda ittiham edib
Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq antikorrupsiya sertifikatının alınması üzrə işlərə başlayıb
16 Qazaxıstan vətəndaşı öz ölkələrinə yola salınıb
Binəqədidə qətl törədən şəxs axtarılır
Ermənistanda koronavirusdan ölənlərin sayı 814 nəfərə çatıb
Ombudsman Beynəlxalq Gənclər Gününə həsr edilmiş onlayn beynəlxalq forumda iştirak edib
Sumqayıt Reabilitasiya Mərkəzinin gələn ay istifadəyə verilməsi nəzərdə tutulur
AMEA-nın “Yüksək Texnologiyalar Parkı”na yeni direktor təyin edilib
Azərbaycan XİN Pakistanı təbrik edib
Azərbaycanda 500 min hektara qədər torpaq sahəsinin şoranlaşma təhlükəsi yaranıb
Bel çantasında narkotik tapıldı
Atambayevin həbs qərarı qüvvədə saxlanıb
Bahar Muradova: Təəssüf ki, pandemiya Azərbaycanda da ailədaxili zorakılığın daha çox baş verməsinin əsas səbəblərindəndir (MÜSAHİBƏ)
Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə əsaslanır - Afət Həsənova
Bu fənlər üzrə müəllim işləmək istəyənlər üçün imtahanların TARİXLƏRİ açıqlandı
Yaponiyada avqustda istivurmadan azı 26 nəfər ölüb
Mingəçevirdə gizli işləyən restoran aşkarlanıb (FOTO)
Azərbaycanda “Wi-Fi” təhlükəsizliyi ilə bağlı insidentlərin sayında kəskin artım var - Nazirlik
Bələdiyyə sədri cərimələnib
Natiq Yəhyayev: "Virtual məktəb" layihəsi yalnız pandemiya dövrü deyil, ənənəvi tədris prosesinin bərpa olunmasından sonra da davam etdiriləcək
Nazir yeni tədris ili ilə bağlı hazırlanan təkliflərə münasibət bildirdi
Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır
Ermənistan atəşkəsi 29 dəfə pozdu
Bu gündən müəllimlərin işə qəbulu imtahanlarına başlanılır
Paytaxt sakinlərinə xəbərdarlıq - Ehtiyac yaranmadıqda küçəyə çıxmayın
Avqustun 14-də xarici valyutaların manata qarşı məzənnələri
Anti-Azərbaycan qüvvələrin apardığı qarayaxma kampaniyaları Azərbaycanın nüfuzuna xələl gətirə bilməz - Rauf Əliyev
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
Saatlıda yanğın olub
GUAM ölkələrinin ABŞ-dakı səfirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər
KXDR-də leysan yağışlar 16 min evə ziyan vurub
Kolumbiyada naməlum şəxslər polis məntəqəsi yaxınlığında qumbara partladıblar
Bu gün növbəti qəbul imtahanı keçirilir
2020-ci ildə dünyada lüks malların satışı 35-45 faiz azala bilər
Britaniya Fransa, Hollandiya və Monakodan ölkəyə gələnlərə yenidən karantin tətbiq edəcək
Lənkəranda aviobomba aşkar olunub (FOTO)
Boliviyada seçkilər 18 oktyabrda keçiriləcək
"Leypsiq" Çempionlar Liqasının yarımfinalına keçid qazanıb
Moskvada koronavirusdan ölənlərin sayı 4 633 nəfərə çatıb
Fələstin BƏƏ-dəki səfirini geri çağırır
Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun Minsk Qrupunun həmsədri statusuna ziddir
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 276 mindən çox artıb
“iPhone 12” smartfonlarının təqdimat vaxtı məlum olub
Agentlik sədri: Xəzərə axıdılan tullantı suları təkrar istifadə edilə bilər
Türkiyədə koronavirusdan sağalanların sayı 228 min nəfəri ötüb
"Xiaomi" dünyada ilk ultra-nazik şəffaf televizor istehsal edib
Arzu Nağıyev: ATƏT-in MİNSK qrupu verdiyi qərarlara hörmət etməlidir (VİDEO)
Hulusi Akar: 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür
Hulusi Akar: Türkiyə ilə Azərbaycanın silahlı qüvvələri arasında əməkdaşlıq bu gün deyil, hər zaman mövcud olub
Prezident İlham Əliyev: Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur
Prezident İlham Əliyev: Hərbi təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür
Prezident İlham Əliyev: Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur
Ədliyyə Nazirliyi: 100 məhkum cəzadan tamamilə azad edilib
Məhkumlara sovqat və banderolların verilməsi bərpa olunub
Məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb
Yardımlıda qəza edən "Niva" qaz xəttini zədələdi
İqtisadiyyat Nazirliyi 65 obyektdə epidemiya əleyhinə rejimin pozulduğunu müəyyən edib
Ermənistan kimi təcavüzkar ölkənin silahlandırılması təəssüfedici faktdır - Aydın Quliyev
Ağstafa və Salyanda "Ford" markalı avtomobil yanıb
“Facebook” istifadəçilərin biometrik məlumatlarının icazəsiz toplanmasında ittiham olunur
Azərbaycan-Türkiyə birgə təlimlərində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib (FOTO/VİDEO)
AQTA 76 obyektdə kobud pozuntular aşkarladı
İtalyan jurnalist: Ermənistanda totalitar rejim hökm sürür
Təsdiq edilən yeni qanun aktiv məşğulluq proqramlarının və işsizlikdən sığorta ödənişlərinin əhatəsini genişləndirəcək
İndoneziya bu ilin sonunadək sərhədləri açmayacaq
İnstitut summativ qiymətləndirmələrin aparılmasını vacib sayır
Ərdoğanla Merkel arasında telefon danışığı olub
Azərbaycan nümayəndəsi UNESCAP-ın ASİSM layihəsi üzrə İdarəetmə Komitəsinin iclasında iştirak edib
Səfir Eldar Həsənov tutulub - DTX
Azərbaycanda 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı
Ermənistanın silahlandırılması onun Azərbaycan torpaqlarını işğal etməsinə dəstək vermək deməkdir - Deputat
XİN-də Azərbaycan-Gürcüstan əlaqələri müzakirə edilib
Ölkəyə gətirilən yeni taksilərdən 10-u artıq istifadəyə verilib - RƏSMİ (FOTO)
Avqustun 14-də dolların manata qarşı məzənnəsi
"Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə yeni icraçı direktor təyin olunub
İqtisadiyyat Nazirliyində yeni təyinat olub
Rusiya vaksini orqanizmi koronavirusdan iki il müddətində qoruyacaq
Xaçmazda artezian quyusunun qazılması ilə 200-dən çox sakinin içməli suya olan tələbatı tam ödəniləcək (FOTO)
Ali məktəb və kolleclərdə tədrisin distant formada təşkili təklif olunur
Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Polis Oğuzda reyd keçirib (FOTO)
Orta məktəblərdə dərslərin ənənəvi qaydada keçirilməsi məqsədəuyğun sayılmır
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
Uşaq bağçalarının yalnız bu ərazilərdə açılması təklif edilir
Bütün xəbərlər