Bakı. Trend:
İyulun 22-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.
Qeyd edək ki, bu son iki gündə məhv edilən 3-cü düşmən PUA-sıdır.
X X X
İlk xəbər 19:19-da yayımlanıb
Ermənistanın Tovuz rayonu istiqamətində mövqelərimiz üzərində hərəkət edən daha bir pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulub.
Trend PUA-nın vurulma anını təqdim edir: