...

Ermənistanın 2 ədəd PUA-sı məhv edildi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2020 10:02 (UTC +04:00)
Ermənistanın 2 ədəd PUA-sı məhv edildi

Bakı. Samir Əli - Trend:

İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti