...

Bu reallığı Ermənistanla müqayisə edərkən, hər şey açıq mənzərə ilə gözlər önünə sərilir - Ekspert

Siyasət Materials 1 Avqust 2020 10:05 (UTC +04:00)
Bu reallığı Ermənistanla müqayisə edərkən, hər şey açıq mənzərə ilə gözlər önünə sərilir - Ekspert

Bakı. Trend:

Həqiqətən də erməni xalqı tarixlər boyu öz hakimiyyətlərinin girovu olub və bu gün də belədir. Nəticədə isə, həmin ölkənin hansı ağır durumda olması göz önündədir.

Bunu Trend-ə "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin Balakəndə regional "ASAN xidmət" mərkəzinin açılışındakı çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın bütün regional layihələrdən təcrid edilməsi faktı da bu gerçəkliyi kifayət qədər ehtiva etməkdədir: "Lakin daha bir danılmaz fakt budur ki, Ermənistanın regionda və dünyada cərəyan edən iqtisadi və s. layihələrdən kənarda qalması bu ölkənin işğalçılıq, təcavüzkarlıq siyasətindən əl çəkmək istəməməsi ilə bağlıdır. Əbəs deyil ki, dövlətimizin başçısı çıxışı əsnasında bu amilə toxunub və qeyd edib ki, onları məhz biz-Azərbaycan təcrid edib. Belə ki, bizim bölgəmizin yeni enerji, yeni nəqliyyat, yeni telekommunikasiya xəritəsinə baxarkən və bu reallığı Ermənistanla müqayisə edərkən, hər şey açıq mənzərə ilə gözlər önünə sərilir. Ermənistan dünyada ciddi, hər hansı iqtisadi imkanlara malik ölkə olaraq tanınmır və bu günahı həmin ölkənin əvvəlki, indiki rəhbərliyi öz üzərlərinə götürməlidir. Amma erməni xalqının da belə bir ağır vəziyyətlə barışmayacağı bilinəndir. Bu ölkədə qiyam və xalq etirazları daha da şiddətlənəcək və biz bunu Paşinyan rejimi kontekstində görürük. O, öz yalanları ilə xalqı hiddətləndirib. Prezident İlham Əliyev bu xüsusda qeyd edib ki, bütün imkanlarımızı səfərbər edib bundan sonra da Ermənistan hakimiyyətini təcrid vəziyyətində saxlayacağıq. Onlar bütün imkanlardan məhrum olunublar".

"Təbii ki, bunun çıxış yolu da var", deyən siyasi ekspert əlavə edib ki, bütün hallarda Azərbaycan öz haqqını geri alacaq, işğalçılar sərt cavablarını almaqda davam edəcəklər: "Artıq düşmən də yaxşı bilir ki, biz öz torpaqlarımıza qayıdacağıq və Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək. Ona görə də son nəfəsində azğınlaşır. Azğınlaşdıqca isə, cavablnı alır. Beeynəlxalq aləm, təşkilat və qurumlar da Azərbaycanın ədalətli mövqeyinə dəstək göstərirlər. Bəli, əgər erməni hakimiyyəti daha ağır zərbələrə məruz qalmaq istəmirsə, bu zaman Azərbyacan dövlətinin tələblərinə baş əyməli, öz işğalçılıq siyasətindən əl çəkməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti