...

Təlimlərdə iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının istirahət günlərində gəzintiləri davam edir (FOTO)

Siyasət Materials 10 Avqust 2020 18:54 (UTC +04:00)

Bakı. Trend:

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimlərində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının istirahət günlərində gəzintiləri davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, gəzintilər çərçivəsində qonaqlar Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerləri və muzeyləri ilə tanış olublar.

Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Heydər Əliyev Muzeyini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Duzdağ Fizioterapiya Mərkəzini ziyarət edərək zəngin təəssüratlar əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti