...

Azərbaycanın enerji sektoru daim inkişafdadır - Deputat

Siyasət Materials 22 Avqust 2020 15:25 (UTC +04:00)
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı yenidən bu sahədə problemlərin azalmasına doğru getdi, elektrikin verilişində fasilələr aradan qalxmağa başlandı.
Azərbaycanın enerji sektoru daim inkişafdadır - Deputat

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

90-cı illərdə elektrik enerjisi ilə bağlı çətinliklər hamımızın yadındadır. İnsanlar evdə oturub elektrikin veriləcəyi vaxtı həsrətlə gözləyirdi. Hətta rayonlarda mərasimlərin keçirilməsində mütləq benzinlə işləyən generatorun ehtiyatını görürdülər ki, qaranlıq düşəndə 1-2 lampanı işıqlandıra bilsinlər. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı yenidən bu sahədə problemlərin azalmasına doğru getdi, elektrikin verilişində fasilələr aradan qalxmağa başlandı.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, İlham Əliyevin Prezident seçilməsi isə energetika sektoru yeni inkişaf mərhələsinə qədəm qoydu:

“Özəl sektora verilmiş elektrikin satışı sahəsi yenidən dövlət nəzarətinə qaytarıldı. "Barmek" dövründə idarəetmədə, əhaliyə xidmətdə, vergi orqanları qarşısındakı öhdəliklərdə, alınan enerjiyə görə "Azərenerji"yə ödənişlərdə və paylama şəbəkəsində yaranmış problemlər aradan qaldırıldı.

2004-cü ildən bu günə qədər ölkəmizdə 30-dan çox yeni elektrik stansiyası tikilib istifadəyə verildi. Azərbaycanın elektrik enerji istehsalı gücü 7000 meqavata çatdırıldı. Bu o deməkdir ki, son 17 il ərzində ölkəmizin elektrik enerji gücü 2 dəfə artıb. Müstəqillik illərində əhalimizin 2 milyondan çox artması və iqtisadiyyatın sənayeləşməsi prosesinin sürətlənməsi dayanıqlı elektrik enerji təminatının yaradılmasını zəruri edirdi".

Deputatın sözlərinə görə, məhz son illərdə bu sektorda icra olunmuş inqilabi dəyişikliklər Azərbaycanı elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevirdi:

"Bu gün ölkəmiz həm özünü dayanıqlı elektriklə təmin edir, həm də qonşu İran, Rusiya, Gürcüstan, Türkiyə və oradan da Avropa bazarına enerji ixrac edən ölkəyə çevrilib. Elektrik enerjisinə əlçatanlığına görə Azərbaycan dünyada 2-ci yerdədir. Təbii ki, bu, son illərin uğurudur”.

A.Badamov qeyd edib ki, ölkəmizin enerji sektoru daim inkişafdadır: “Avgustun 21-də cənab Prezidentin tikinti işlərinin gedişatı ilə tanış olduğu 1000 meqavat yükgötürmə gücü olan "Qobu" yarımstansiyasının və təməli qoyulan 385 meqavatlıq "Qobu" Elektrik Stansiyasının tikilməsi Bakı və Abşeron yarımadasının dayanaqlı enerji təminatını möhkəmlədəcəkdir.

Bu, həm elektrik enerjisinin nəqletməsində itkilərin azalmasına, həm də elektrik şəbəkəsində hər hansı bir qəza baş verdikdə o ərazinin lokallaşdırmasına imkan verəcək. Yeni tikilən hər bir müəssisə yeni iş yerləridir. Qobu 350 meqavatlıq elektrik stansiyasında 120 nəfər işlə təmin olunacaqdır. Cənab Prezidentin uzaqgörən siyasəti enerji sektorumuzun daha geniş miqyasda inkişafına imkan verir.

Artıq ölkəmizdə alternativ enerji stansiyaları fəaliyyət göstərir və xarici şirkətlərlə imzalanmış müqavilələrə əsasən yeni külək və günəş enerjisi stansiyalarının ərsəyə gəlməsinə imkan verəcək. Qısa olaraq qeyd etmək istəyirəm ki, elektrik enerjisi müasirlik, rahatlıq və iqtisadi inkişaf deməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti