...

Avropa Parlamentinin deputatı cəbhə xəttində mülki Azərbaycan vətəndaşlarının həlak olmasından dərin narahatlığını ifadə edib

Siyasət Materials 3 Oktyabr 2020 13:56 (UTC +04:00)
Avropa Parlamentinin deputatı cəbhə xəttində mülki Azərbaycan vətəndaşlarının həlak olmasından dərin narahatlığını ifadə edib

Bakı. Elçin Mehdiyev – Trend:

Mən atəşkəsin pozulmasından və Azərbaycanın cəbhə xətti boyunca yaşayan mülki vətəndaşlarının həyatını itirməsindən dərin narahatlığımı ifadə edirəm.

Bunu Trend-ə Avropa Partlamentinin deputatı Kristian Busoi deyib.

K.Busoi bildirib ki, həm mülki vətəndaşlar, həm də hərbçilər arasında itkilər var:

“Mülki əhalinin yaşadığı əraziləri və mülki vətəndaşları hədəfə almaq beynəlxalq humanitar qanunun, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının pozulmasıdır.

Hesab edirəm ki, bizə vəziyyətə real və düzgün yanaşma, sülh və sabitlik istiqamətində dialoq lazımdır. Qlobal və regional sülhü, sabitliyi zərbə altında qoyan hər hansı bir fəaliyyət və təxribat pislənilməli, qarşısı alınmalıdır.

Mən sentyabrın 29-da BMT Təhlükəsizlik Şurasının atəşi dayandırmağa, gərginliyi aradan qaldırmağa və danışıqlar masasına qayıtmağa çağırış edən bəyanatını dəstəkləyirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti