Bakı. Trend:
Hazırda İsveç Azərbaycanlıları Koordinasiya Şurası (İAKŞ) işğalçı Ermənistanın ölkəmizə qarşı törətdiyi son hərbi təxribatlarla əlaqədar mətbuat konfransı keçirir.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, bu dəqiqələrdə başlayan mətbuat konfransında erməni ordusunun cəbhə xətti boyunca törətdiyi növbəti təxribatlar barədə ətraflı məlumat verilir və İsveç mediasının sualları cavablandırılır.
Jurnalistlərin suallarına İsveç Azərbaycanlıları Koordinasiya Şurasının rəhbəri və İsveçdəki Azərbaycan diasporunun fəalları cavab verir.