...

Mövlud Çavuşoğlu: Azərbaycanın haqlı mübarizəsini meydanda və masada birlikdə aparmağa davam edəcəyik

Siyasət Materials 6 Oktyabr 2020 14:33 (UTC +04:00)
Mövlud Çavuşoğlu: Azərbaycanın haqlı mübarizəsini meydanda və masada birlikdə aparmağa davam edəcəyik

Bakı. Trend:

Bu səfərimin məqsədi Türkiyənin Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərməkdir. Bu gün Sizin liderliyinizlə Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir, gücü var, potensialı var. Əlbəttə, Türkiyə olaraq və Türk xalqı olaraq, biz də hansı sahədə ehtiyac duyarsa, Azərbaycana hər cür dəstəyi verməyə hazırıq. Bunu Prezidentimiz Ərdoğan və biz hər platformada izah edirik, vurğulayırıq.

Trend-in məlumatına görə, bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı söyləyib.

M.Çavuşoğlu deyib: “Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmaq bizim də borcumuzdur. Bunu Azərbaycan Xarici İşlər Nazirliyi, xaricdəki bütün səfirliklərimizlə - Azərbaycanın və Türkiyənin səfirlikləri ilə birlikdə həyata keçiririk. Bu gün Sizdən alacağımız təlimatlarla daha böyük güclə bir yerdə çalışmağa davam edəcəyik. Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır. Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydanda və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti