...

Soydaşlarımız Britaniya mediasını qərəzsiz olmağa və hadisələri düzgün işıqlandırmağa çağırıb

Siyasət Materials 7 Oktyabr 2020 19:50 (UTC +04:00)

Bakı. Trend:

Britaniya Azərbaycanlıları Assosiasiyası Azərbaycanda baş verən hadisələrlə əlaqədar Britaniya mediasına açıq məktubla müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, məktubda bildirilib ki, işğalçı Ermənistan ordusunun 27 sentyabr 2020-ci il tarixli hücumu ilə başlayan toqquşmalar Britaniyada yaşayan bütün azərbaycanlıları dərindən həyəcanlandırıb. Amma çox təəssüf ki, heç də bütün KİV-lər hadisələri olduğu kimi çatdırmayb. Bəzi KİV-lər əsl həqiqəti yaymaq əvəzinə Britaniya adalarının azadlıqsevər xalqına birtərəfli informasiyalar ötürməklə gerçəkləri təhrif edib və erməni təbliğatı üçün meydana çevrilib.

Məktubda Ermənistan tərəfindən qeyri-qanuni olaraq Azərbaycan ərazilərinin 20 faizinin işğal olunduğu, Ermənistanın bu əraziləri dərhal və qeyd-şərtsiz tərk etməsinə dair BMT-nin 4 qətnamə qəbul etdiyi, 2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanı Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal edən qüvvə kimi tanıdığı diqqətə çatdırılıb.

Soydaşlarımız Britaniya mediasını qərəzsiz və dəqiq olmağa, jurnalistikanın prinsiplərinə əməl etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti