...

"Qarabağ Azərbaycandır!" şüarı Hyustonun mərkəzində nümayiş etdirilib

Siyasət Materials 13 Oktyabr 2020 15:23 (UTC +04:00)
"Qarabağ Azərbaycandır!" şüarı Hyustonun mərkəzində nümayiş etdirilib

Bakı. Trend:

Xaricdə yaşayan azərbaycanlıların təşəbbüsü ilə "Qarabağ Azərbaycandır!" şüarının bütün dünyada təbliğ olunması kampaniyası davam edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Çexiyanın Praqa, Böyük Britaniyanın London, ABŞ-ın Nyu-York və Boston şəhərlərindən sonra "Qarabağ Azərbaycandır!" şüarının yazıldığı banner Texas ştatının Hyuston şəhərində nümayiş etdirilib.

Hyuston Amerika-Azərbaycan Mədəniyyət Alyansının təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır" banneri şəhərin mərkəzində yerləşən avtomagistral yoldakı körpünün üzərindən asılıb. Bannerin bir neçə saat nümayiş etdirilməsi ilə sakinlərin diqqəti Qarabağ məsələsinə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti