...

Prezident İlham Əliyev: Bu 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik, fərq etməz

Siyasət Materials 26 Oktyabr 2020 16:21 (UTC +04:00)
Prezident İlham Əliyev: Bu 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik, fərq etməz

Bakı. Trend:

Biz danışıqların əleyhinə deyilik və dünən Amerikada keçirilən danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Cenevrədə görüşəcəklər. Mən etiraz etmirəm, görüşsünlər. Bu 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik, fərq etməz. Mən demək istəmirəm ki, mən bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz istəyirik ki, bunun mənası olsun, münaqişənin həllini tezləşdirsin.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri xalqa müraciətində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Cenevrədə nəzərdə tutulan görüşünə münasibət bildirərkən deyib.

Dövlətimizin başçısı Ermənistanın havadarlarına bir daha müraciət edib: “Sizə deyirəm, bu saxta dövləti xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın. Bir sözünüzlə çıxa bilər, bir sözünüzlə. Yaxşı, onlara maliyyə, iqtisadi, hərbi, siyasi dəstək verilməsə, Ermənistan ayaq üstə dura bilərmi? Yox”.

Prezident İlham Əliyev düşmənin məhv edilmiş texnikası barədə danışaraq deyib ki, hər kəs hesablaya bilər, internetə girib o texnikanın qiymətinə baxa bilər. Haradandır kasıb, problemlər içərisində çabalayan bir ölkədə haradandır bu pul? Nə qədər məhv etmişik, yenə də gəlir, gətirirlər.

“Ona görə indiki mərhələdə bizim mövqeyimiz ondan ibarətdir ki, biz hazırıq ki, bu məsələ indi hərbi-siyasi yollarla həll olunsun, amma həll olunsun. Atəşkəs deyiblər, eybi yoxdur, qoy olsun. Ermənistan bunu pozub, hər bir pozuntunu biz qeydə alırıq. Tapşırıq vermişəm, qeydə alınır, dərhal ATƏT nümayəndəsinə göndərilir və atəşkəsdə maraqlı olan digər ölkələrə göndərilir ki, baxsınlar, bunlar nə qədər pozublar. Bizdə bütün məlumatlar var. Hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini həll etməlidir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti