...

İran Qarabağ münaqişəsinin həllinə kömək edəcək hər bir formatı müsbət qarşılayır - XİN

Siyasət Materials 9 Noyabr 2020 13:28 (UTC +04:00)
İran Qarabağ münaqişəsinin həllinə kömək edəcək hər bir formatı müsbət qarşılayır - XİN

Bakı. Elnur Bağışov - Trend:

İran Dağlıq Qarabağ münaqişənin həllinə kömək edəcək hər bir formatı müsbət qarşılayır.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib.

S.Xətibzadənin sözlərinə görə, təxminən 30 ildir davam edən münaqişənin həll edilməsi İran üçün önəmlidir.

O əlavə edib ki, bu münaqişənin bir həll planı ilə 2-3 həftə ərzində həll olunacağını gözləmək olmaz:

"Əlbəttə, bununla əlaqədar əvəllər irəli sürülən planlar münaqişənin həllinə kömək etməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti