...

Mövlud Çavuşoğlu: Biz Azərbaycanın həm döyüş meydanındakı, həm də diplomatik müstəvidəki uğurlarından qürur duyuruq

Siyasət Materials 10 Noyabr 2020 21:39 (UTC +04:00)
Mövlud Çavuşoğlu: Biz Azərbaycanın həm döyüş meydanındakı, həm də diplomatik müstəvidəki uğurlarından qürur duyuruq

Bakı. Trend:

Biz Sizin həm döyüş meydanındakı, həm də diplomatik müstəvidəki uğurlarınızdan qürur duyuruq. Türkiyə olaraq hər zaman dedik ki, başda hörmətli Prezidentimiz olmaqla, həm döyüş meydanında, həm də masada Can Azərbaycanın yanındayıq.

Trend xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 10-da Prezident İlham Əliyevlə görüş zamanı səsləndirib.

“Bundan sonrakı prosesdə Sizin də dediyiniz kimi, birgə nəzarət mərkəzinin yaradılması daxil olmaqla, atacağımız addımları da birlikdə müzakirə edəcəyik, dəyərləndirəcəyik. Sizin göstəriş və tapşırıqlarınıza uyğun olaraq biz də həmkarlarımızla birlikdə lazımi işləri görəcəyik. Bu məqsədlə bu gün qəbulunuza, tapşırıqlarınızı almağa gəldik”, - deyə Mövlud Çavuşoğlu vurğulayıb.

Azərbaycan Prezidentinə bir daha təbriklərini çatdıran Türkiyənin xarici işlər naziri deyib: “Bu gün səhər televizoru açdıq, Azərbaycanda insanlar küçələrdə idi, Türkiyədə də xalqımız eyni sevinci yaşadı. Buna görə də təşəkkür edirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti