...

Azərbaycan konstruktiv və humanist yanaşmasını razılaşmanın Kəlbəcərə aid hissəsinin icrasında bir daha nümayış etdirdi - Ekspert

Siyasət Materials 15 Noyabr 2020 18:52 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Azərbaycan konstruktiv və humanist yanaşmasını atəşkəs razılaşmalarının Kəlbəcərə aid hissəsinin icrasında bir daha nümayış etdirdi.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Ermənilərin 27 il əvvəl qanunsuz məskunlaşdırıldıqları Kəlbəcəri tərk etmələri üçün razılaşma müddətindən əlavə 10 gün vaxt verilməsi Azərbaycanın məsələyə daha çox humanitar prinsiplərlə yanaşmasının bariz nümunəsidir: "Putinin xahişi ilə Kəlbəcərdən çıxan ermənilərə əlavə vaxt imtiyazının verilməsi dinc tənzimlənməyə keçid sahəsində Azərbaycanla Rusiyanın qarşılıqlı anlaşma içində olduqlarını göstərir.

10 noyabr razılaşma şərtlərinin 1 dekabradək bütöv şəkildə icrasının pozulmaz saxlanması Azərbaycanın və Rusiyanın birgə əməkdaşlığı çərçivəsində müxtəlif texniki xarakterli dəyişikliklərin rahat şəkildə həyata keçirilməsindən xəbər verir. Ermənilərin Kəlbəcəri bütün sivil və insani normalardan uzaq şəkildə tərk etdikləri bir vaxtda Azərbaycanın əlavə 10 günlük möhlətə razılıq qərarını asan vermədiyi başa düşülür. Azərbaycan rəhbərliyi 10 günlük çətin möhlət qərarını sırf humanist prinsiplər və əsas partnyorla daha səmərəli əməkdaşlıq xatirinə verib. Ermənilərin torpaqlarımızdan son çıxış müddətinin dəyişməz saxlanması şərti ilə texniki xarakterli dəyişikliklərə razılaşmaq Azərbaycanın böyüklüyünü, sülhsevə davranışlara möhkəm bağlı olduğunu bir daha göstərir.

Ermənilərin hansı dağıdıcı formada Kəlbəcərdən çıxdığı ötən 5-6 günün məntiqi ilə yanaşsaq, dünya növbəti 10 gündə adlarını dinc sakin qoymuş ermənilərin hansı "köç mədəniyyətinə" sahib olduqlarını bir daha görəcək.Dünya əmin olacaq ki, etnik azərbaycanlılarla genetik düşmənçilik ermənilərin qanına işləyib".

Ekspert bildirib ki, Ermənilərin 1993-cü ildə Azərbaycanın tarixi Kəlbəcər torpağını hansı vəhşiliklə tutmuşdularsa , bu gün ondan artıq vəhşiliklə bu əraziləri tərk etdiklərini görmək dünya üçün çox maraqlı olacaq: "Ermənilərin Kəlbəcəri işğal edəndə də, onu tərk edəndə də eyni dağıdıcı barbar fəaliyyətinin tək səbəbi var və bu ondan ibarətdir ki, onlar azərbaycanlılardan mümkün qədər çox qisas almaq istəyirlər. Ermənilər bu gün Kəlbəcərdə 27 il qanunsuz yaşadıqları evləri tərk edərkən onları məhz azərbaycanlıların dədə-baba evləri olduğu üçün talan edir və yandırıllar. Kəlbəcəri tərk edən ermənilərin sağlam və doğru məntiqlə düşünmək qabiliyyətləri olsaydı, onlar 27 il evlərini zəbt edərək yaşadıqları sadə kəlbəcərlidən yox, onları heç bir gələcəyi olmayan siyasi oyunlar xatirinə bu yerlərdə məskunlaşdıran Köçəryan, Sarkisyan, Paşinyan kimi vandal təfəkkürlü öz siyasətçilərindən qisas almaq yolları barədə düşünərdilər.Ermənistanın cinayətkar dövlət rəhbərləri bu gün Kəlbəcəri vandal kimi tərk edən erməniləri buralarda qurbanlıq kimi yerləşdiriblər.Ermənistan rəhbərləri 27 il əvvəldən başlayaraq Kəlbəcərə köçürdükləri erməniləri öz cinayətkar məqsədləri naminə taleyin ixtiyarına atdılar. Azərbaycanın 10 gün möhlət verməsi Ermənistanın cinayətkar oyunda "atılmış peşkalar "kimi istifadə etdiyi sadə ermənilərə son humanitar dəhliz kimi başa düşülməlidir".

Baş redaktor deyib ki, ermənilərin bunu anlayıb -anlamaması gələcəyin işidir: "Lakin bütün hallarda Azərbaycan Prezidenti Kəlbəcər barədə texniki xarakterli qərarı dövlətimizin və xalqımızın siyasi genetikasına xas olan humanizm və dözümlülük prinsipinə sadiqlik naminə verib.

Ancaq bütün hallarda ərazi bütövlüyümüzün bərpasına sadiqlik pz yerindədir və heç bir texniki dıyişiklik və ya güzəşt Azərbaycan prezidentini ali dövlətçilik zifəsinin icrasından yayındıra bilməz.Azərbaycanın son qarış torpağının son işğalçı qüvvələrdən qəti təmizlənmə anına qədər yolumuz dəyişməzdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti