Prezidentə yazırlar: Sizin sayənizdə Azərbaycan xalqı tarixə şanlı hərflərlə Qələbə sözünü yazdı

Prezidentə yazırlar: Sizin sayənizdə Azərbaycan xalqı tarixə şanlı hərflərlə Qələbə sözünü yazdı

Bakı. Trend:

Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Qarabağ müharibəsində əldə etdiyimiz tarixi Qələbə münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar ünvanlamaqda davam edirlər. Sevinc və qürur hissləri ifadə olunan məktublarda dövlətimizin başçısına minnətdarlıq bildirilir, Zəfər təbrikləri çatdırılır.

Trend Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Özbəkistanın Cizak şəhərində yaşayan Günel Əliyeva yazır: “Hörmətli cənab Prezident, Özbəkistanda yaşayan azərbaycanlılar adından Sizi və bütün Azərbaycan xalqını möhtəşəm Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Erməni təcavüzü nəticəsində şəhid olan bir neçə qohumumuz var. Onların ruhu bu gün şaddır. Vətən yolunda şəhid olanlara Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Uca Tanrı Sizi və xalqımızı qorusun! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Almaniyanın Frankfurt şəhərində yaşayan Ernad Deni Çomaqa: “Hörmətli cənab Prezident, Qarabağda suverenliyinizin bərpa olunması münasibətilə Bosniya diasporu adından Sizi təbrik edirəm. Bosniya xalqı Azərbaycan xalqının vəziyyətini yaxşı anlayır və onunla eyni çətinlikləri yaşayıb. Biz də yalnız müsəlman olduğumuz üçün təcavüz, zülm və soyqırımına məruz qalmışıq. Azərbaycanın qələbəsini ədalətin zəfəri kimi görməkdən məmnun olduq. Bu, bizə bir daha sübut etdi ki, xalq öz istəyi ilə azadlıq uğrunda səy göstərməsə, heç kim onun yerinə bunu etməyəcək. Azanın Şuşa və Ağdam məscidlərindən əbədi səslənməsini, həmçinin Bosniya xalqı ilə Azərbaycan xalqının qardaşlığının daimi olmasını arzu edirik”.

Masallıdan Yavər İsmayılov: “Möhtərəm Prezident, cənab İlham Əliyev, Sizi, xalqımızı, Ordumuzu möhtəşəm Qələbə münasibətilə Masallı rayonu Ləngan kənd sakinləri adından ürəkdən təbrik edirik. Cənab Prezident, Sizin komandanlığınızla bu müqəddəs hissləri bizə yaşadan Müzəffər Ordumuza dərin minnətdarlığımızı bildiririk. Sizin rəhbərliyinizlə doğma Azərbaycanımız ildən-ilə daha da çiçəklənəcək, xalqımızın rifahı daha da artacaq. Bütün xalqımız Sizə Azərbaycanın Milli Qəhrəmanı fəxri adının verilməsi təklifini dəstəkləyir. Uca Tanrıdan Sizə, ailənizə, sevdiklərinizə uzun ömür, cansağlığı arzu edirik”.

Gəncədən Gülnar Salahova: “Çox hörmətli liderimiz, əvvəla Sizi əldə etdiyiniz Qələbə münasibətilə ailəmiz adından ürəkdən təbrik edirik. Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq xalqımızın xilaskarı oldunuz. Allah hər zaman yolunuzu açıq etsin! Cənab Prezident, bu günlərdə sevincimizin həddi-hüdudu yoxdur. Əminik ki, geri qaytarılmış torpaqlarımızda Sizin sayənizdə azad yaşayacağıq. Evimizin ağsaqqalı ilə birlikdə biz Sizin hər bir çıxışınızı diqqətlə izləyir və verdiyiniz Qələbə xəbərlərini sevinc göz yaşları ilə qarşılayırıq. Cənab Prezident, Sizə olan inamımız, güvənimiz sonsuzdur. Vətənimiz uğrunda şəhid olmuş oğullarımızın ruhu qarşısında baş əyərək, Vətən sağ olsun deyirik! Ulu Tanrı Sizi, Azərbaycan Ordusunu, əsgər və zabitlərimizi qorusun!”.

Naxçıvandan Məmməd Məmmədov: “Qəhrəman Prezidentimiz, Qarabağ torpaqlarının düşməndən alınması münasibətilə bütün naxçıvanlılar adından və ailəm adından Sizi təbrik edirik. Allah Sizi, Ordumuzu və Qarabağımızı və bütün xalqımızı qorusun. Naxçıvanlılar Sizinlə fəxr edir. Qarabağ Azərbaycandır!”.

Şirvan sakini Lyudmila Qribova: “Hörmətli cənab Prezident, biz Qələbəyə ürəkdən inanırdıq və o gün gəldi! Qələbə! Sonsuz sevinc və göz yaşları bir-birinə qarışdı. Ümummilli liderimiz Heydər Əliyevin layiqli oğlunun - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında bizim şanlı Ordumuz çoxdan həsrət qaldığımız Qarabağ torpaqlarını özümüzə qaytardı. Qəlbimiz sevinc və qürurla doludur ki, xalqımız yenilməzdir! Mən Şirvan şəhərində doğulub boya-başa çatmışam, hazırda 13 nömrəli orta məktəbin müəllimiyəm. Ailəm də artıq 6-cı nəsildir ki, bu bərəkətli torpaqlarda yaşayıb, yaşayır və yaşayacaq. Bizim başqa Vətənimiz yoxdur! Çünki bu Vətən mənə pulsuz təhsil verib, yaxşı tərbiyə verib, iş verib. Mən şəhər partiya komitəsində də işləmişəm, məktəb direktoru da olmuşam və heç kəs mənə deməyib ki, “sən russan”. Altı nəsil az deyil. Hər zaman sevincdə də, kədərdə də öz xalqımızla birlikdə olmuşuq və nə qədər ki, ürəklərimiz döyünür - belə də olacaq! Respublikamızın ən çətin günlərində - 1993-1997-ci illərdə mənim neftçi-mühəndis və ehtiyatda olan zabit həyat yoldaşım Silahlı Qüvvələrdə xidmətə çağırılıb, kapitan rütbəsində şərəflə öz torpaqlarını qoruyub. Mənim övladlarım və nəvəm burada böyüyüb, Azərbaycan Respublikasının layiqli vətəndaşları olaraq yetişmişlər. Hörmətli Prezidentimiz, Sizə, ailənizə xoşbəxtlik, bütün xalqımıza səmimi-qəlbdən rifah arzulayıram. Yaşasın Azərbaycan!”.

Balakən sakini Kərimət Əliqayeva: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda qazandığımız Qələbəyə, Zəfərə görə Sizi ailəmiz adından, şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Çox şükürlər olsun ki, bundan belə biz şəhid analarının gözlərindən yaş axmayacaq, şəhid oğullarımızın qanı yerdə qalmadı, daha qan tökülməyəcək, ah-nalələr göyə ucalmayacaq. Bir şəhid anası olaraq ən böyük arzum 21 il öncə şəhid olmuş oğlumun qanı tökülən yeri ziyarət etməkdir. Bu imkanı bizə bəxş etdiyiniz üçün Sizə minnətdaram, ey böyük Sərkərdəmiz!”.

Füzuli sakini Mədəd Hacıyev: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, apardığınız məqsədyönlü siyasəti dəstəkləyir və bu ağır Vətən müharibəsində dövlətimizin qalib olub öz torpaqlarına qovuşmağı sevincini bizə yaşatdığınız üçün Sizə öz dərin minnətdarlığımı bildirirəm. Sizin sayənizdə Azərbaycan xalqı tarixə şanlı hərflərlə Qələbə sözünü yazdı. Bütün Füzuli camaatı adından Sizə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Allah Sizi və Ordumuzu qorusun! Yaşasın müstəqil Azərbaycan!”.

Gədəbəydən Elsevər Nağıyev: “Müzəffər Ali Baş Komandan, bu gün ölkəmiz naminə həyata keçirilən tədbirlərə, görülən işlərə görə Sizə minnətdarlığımı bildirirəm. Torpaqlarımızın azadlığı uğrunda əldə edilmiş Qələbə münasibətilə Sizi təbrik edir, Sizə xoş arzularımı bildirirəm. Biz gənclər daim Sizə güvənərək Sizin ətrafınızda sıx birləşmişik. Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayıram”.

Ağdam sakini Vüsalə Bağırova: “Hörmətli cənab Prezident, Sizin Vətənimizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizəni dəstəkləyirik. Çünki Siz bu mübarizə ilə tarix yazırsınız. Ən yeni tarix, o tarix ki, Azərbaycan əbədi bir dövlət olduğunu sübut edir. Biz Sizin siyasətinizi ailəliklə alqışlayırıq. Qarabağ Azərbaycandır”.

Masallıdan Pərvanə Məmmədova: “Cənab Prezident, Sizi və bütün Azərbaycan xalqını erməni vandallar üzərində qazanılmış bu möhtəşəm Qələbə münasibətilə təbrik edirəm və əmin-amanlıq arzulayıram. Sağ olsun, mənim rəhbərim. Uca Allahdan bu müqəddəs yolda canlarından keçən qəhrəman Azərbaycan övladlarına rəhmət, yaralılarımıza şəfa diləyirəm. Yaşasın Azərbaycan!”.

Bakı sakini Gülşən İsmayılova: “Hörmətli cənab Prezident, ölkənin yenilməz sərkərdəsi, mənim 65 yaşım var. Özüm Qarabağlı olsam da 17 yaşından Bakı şəhərində yaşayıram. Kəlbəcər, Laçın və Şuşanı görən, gəzən adam kimi yenidən həmin yerləri görmək nisgili ilə yaşayırdım. Siz isə Qarabağ nisgilini ürəyimizdən sildiniz, bizi göylərə qaldırdınız. Şəhid ailələrinin qarşısında baş əyir, onlara səbir arzulayır, şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirəm. Siz bizim ölkəmizi inkişaf etdirən Prezident, Müzəffər Ali Baş Komandansınız. Siz xalqımızın adil rəhbəri, müdrik atasısınız. Sizin qızıldan heykəliniz qoyulmalıdır. Allah Sizə kömək olsun! Rəbbim Sizi qorusun! Allah Sizi bədnəzərdən qorusun!”.

Ötən il Energetika Nazirliyinin Çağrı Mərkəzinə 2566 müraciət daxil olub
Ötən il Energetika Nazirliyinin Çağrı Mərkəzinə 2566 müraciət daxil olub
"Şahdəniz" yatağından hasil olunan kondensat satışından əldə edilən gəlir 220 milyon dolları ötüb
"Şahdəniz" yatağından hasil olunan kondensat satışından əldə edilən gəlir 220 milyon dolları ötüb
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb
Loading Bars
Xəbər lenti
Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında hərbçilərin Azərbaycanda fəaliyyəti müzakirə ediləcək
Xəzərdə zəlzələ olub
Hər iki Qarabağ müharibəsi şəhidlərinin ailələri və əlillərin mənzil təminatı paralel aparılacaq - Şöbə müdiri
Dövlət Bahçeli Şuşada tikiləcək məktəbin layihəsini təqdim edib (FOTO)
Xırdalanda baş verən partlayışla bağlı cinayət işi açıldı
Bakı-Naxçıvan üzrə aviareyslərin sayı gündə üç dəfəyədək artırılır
Paytaxt sakinindən narkotik və odlu silah götürüldü (FOTO/VİDEO)
Yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edildi - SƏRƏNCAM
İşğaldan azad olunmuş ərazilərdə 135,5 km yol bərpa edilib, 80 km yeni yol çəkilib
Prezident İlham Əliyev “Azərkosmos”un sədrini vəzifəsindən azad etdi
Ramin Quluzadə vəzifəsindən azad edildi
Müharibə iştirakçıları və onların ailə üzvləri arasında intihara cəhdlərin qarşısı alınıb - ƏƏSMN
Sabah 12 dərəcəyə qədər isti olacaq
Tərtərdə bu günə kimi 200 nəfərə vaksin vurulub
Əkinə yararlı 2 200 hektar ərazi minalardan təmizlənib
Fevral ayının pensiyası artımla birlikdə veriləcək - RƏSMİ
Şəhidlərin üçdə ikisinin ailəsinə artıq birdəfəlik sığorta ödənişi edilib - Nazirlik
Vətən müharibəsində əlil olan şəxslər avtomobilllə təmin olunacaq
Bir gündə cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Ədəbi dil normalarını pozanlara qarşı cərimələr tətbiq edilsin - Dilçilik İnstitutu
Silsilə oğurluqlar edən şəxs işfa olunub
Rusiyada daha 564 nəfər koronavirusdan ölüb
Vətən müharibəsində mühəndis qoşunlarının 27 hərbçisi şəhid olub
Qızıl mağazasından oğurluq etmək istəyən şəxs iş başında yaxalandı (FOTO)
Füzuli minalardan belə təmizlənir - Trend TV Füzulidə (FOTO/VİDEO)
Azərbaycan təqribən 1200 erməni hərbi qulluqçusunun cəsədini erməni tərəfinə qaytarıb - Hikmət Hacıyev
YAP nümayəndələri Vətən müharibəsinin rus millətindən olan iştirakçılarını ziyarət edib (FOTO)
Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar maarifləndirici tədbir keçiriləcək
Şamaxıda qanunsuz ov edənlər saxlanılıb (FOTO)
“Dostluq” yatağı Azərbaycanla Türkmənistanı bir-birinə daha da yaxınlaşdıracaq - Deputat
Yaxın günlərdə şəhid ailələrinin istehlak kreditləri bağlanacaq - "YAŞAT" Fondunun rəhbəri
Düşmən geri çəkilərkən yollarda maneələr qurub, körpüləri partladıb - Rəis müavini
Ağcabədidə qanunsuz ov edən şəxs saxlanıldı (FOTO)
Fransalı dövlət katibi Bakıya gəlib (FOTO)
20-dən artıq şəhid ailə üzvünün təhsil haqqı ödənilib - Elvin Hüseynov
Azad edilən ərazilərin minalardan təmizlənməsi davam edir - Anar Eyvazov
Azərbaycan niyə Çin peyvəndini seçdi - TƏBİB cavab verdi
Uşaq müəssisələrindən 38 uşaq ailəsinə qaytarılıb, 27 uşaq övladlığa verilib
Cəbrayıl rayonunun Karxulu kəndi (VİDEO)
Şəhid ailələri və qazilər üçün daha nələr nəzərdə tutulur? - "YAŞAT" Fondunun rəhbəri detalları açıqladı (VİDEOLAYİHƏ)
Müəllimlər vaksinasiya olunacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA
“Nizami Gəncəvi İli”nin elan edilməsi Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə və özünə qayıdışına sahibliyinin sübutudur - Elnur Əliyev
Şəhid ailələri üçün yeni kvota müəyyən edilir
Bu peşə məktəbi artıq publik hüquqi şəxs oldu
Hacıqabul Mərkəzi Xəstəxanasının şöbə müdirinin işi məhkəməyə göndərildi
Qarabağda hansı sahələr daha gəlirli ola bilər? - İnvestisiyayönümlü istiqamətlər öyrənilir
Bakı-Ələt-Qazax-Gürcüstan magistralının 130 km-lik sonuncu hissəsi genişləndirilir (FOTO)
Xırdalandakı partlayışda xəsarət alan 5 nəfər evə buraxıldı
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru və bir neçə vəzifəli şəxsi barəsində cinayət işi başlanıb
Premium resort kompleksdə mənzil sahibi olmaq artıq daha asandır (FOTO)
Dövlət Xidməti məişət texnikası və mobil telefon istehsalçıları və satıcıları tələblərə əməl etməyə çağırır
Bu ölkələrdən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyətlər qoyulub - Səbəb "quş" qripi
Xırdalanda partlayış baş verən evdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir (FOTO/VİDEO)
Qubada yanacaqdoldurma məntəqəsi qarət edildi
Hindistanda "TikTok" qadağan olundu
Hərbçi və şəhid ailələrinə psixoloji yardıma xarici mütəxəssislər cəlb edilib - Nazir
2024-cü ilədək Azərbaycanda orta inflyasiya göstəricisi 2,7 faiz olacaq
Millət vəkili Naqif Həmzəyev şəhid ailələrinə və qazilərə baş çəkib (FOTO/VİDEO)
6 kiloqram heroin dövriyyədən çıxarıldı
Azərbaycanda pambıq sahələrinin güzəştli sığortası başlayıb - Şərtlər, məbləğlər
Ötən il Energetika Nazirliyinin Çağrı Mərkəzinə 2566 müraciət daxil olub
Xaçmazda ev yanıb
Azərbaycan sülh, yaxşı qonşuluq və regional əməkdaşlığın qətiyyətli müdafiəçisidir - Səfir
Azərbaycan əhalisinin ən çox hansı xəstəliklərdən əziyyət çəkdiyi məlum olub
ABŞ-da koronavirusun "Braziliya" ştammına ilk yoluxma qeydə alınıb
Yanvarın 26-da xarici valyutaların manata qarşı məzənnələri
Türk şirkətlərinin Qarabağda tekstil sahəsinə yatırımları yeni iş imkanları yaradacaq - Ekspert
Trampın impiçmenti barədə qətnamə Senata təqdim edilib
Karantin rejiminin yumşaldılması evlərin qiymətini artıra bilər
Hindistanda helikopter qəzaya uğrayıb, pilot həlak olub
Braziliyada koronavirusa yoluxanların sayı 8,87 milyon nəfəri ötüb
Livanda karantin məhdudiyyətlərinə qarşı etiraz aksiyası zamanı 8 nəfər xəsarət alıb
Fransada ötən sutka koronavirusdan 445 nəfər ölüb
Merkel Baydenlə xarici siyasət, pandemiya və ticarəti müzakirə edir
Kanadada koronavirusa yoluxanların sayı 750 min nəfəri ötüb
ABŞ Senatı Yellenin maliyyə naziri vəzifəsinə namizədliyini təsdiq edib
Koronavirusun mutasiyası və peyvənd çatışmazlığı daha çox ölümlə nəticələnə bilər - BMT Baş katibi
Dünyada koronavirusa yoluxanların sayı 514 mindən çox artıb
Azərbaycan Respublikasının Avropa Şurasında üzvlüyünün 20 illiyi Strasburqda qeyd olunub (FOTO)
İsraildə koronavirusa yoluxanların sayı 600 min nəfəri ötüb
İtaliyanın baş naziri istefa vermək niyyətindədir
Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Nizami Gəncəvinin yubiley tədbirləri əhəmiyyətli beynəlxalq əməkdaşlıq platformaları formalaşdıracaq
Türkiyədə son sutkada koronavirusdan 6 682 nəfər sağalıb
Azərbaycanın imkanları azad olunan torpaqlarımızda tez bir zamanda həyatın canlanmasına inam yaradır – Komitə sədri
Hikmət Hacıyev "Atlantic Council"ə müsahibəsində regional təhlükəsizliyin quruluşundan danışıb (VİDEO)
Azərbaycan əsasən bu ölkələrə məhsul ixrac edib
Vətən müharibəsinin qəhrəman tankçılarından bir qrupu general Həzi Aslanovun ata ocağını ziyarət edib (FOTO)
Braziliyada ağır yol qəzası baş verib, 21 nəfər ölüb
Britaniyada bir sutkada koronavirusdan 592 nəfər ölüb
Ermənilərin qışqırtdığı qaragüruh dəstə indi niyə susub? - TƏHLİL
Ermənistanda daxili gərginlik, böhran pik həddə: Daha pis günlər qarşıdadır
Mədəniyyət Nazirliyi Nizami Gəncəvi ili ilə əlaqədar müvafiq Fəaliyyət Planı hazırlayacaq
İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm hazırlanacaq
İşğaldan azad edilmiş ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınacaq
AŞPA İkinci Qarabağ müharibəsi çərçivəsində atəşkəsi alqışlayıb - Avropa Şurasının baş katibi
Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında 2021-ci il üçün prioritetləri müəyyənləşdirdi (FOTO)
Azərbaycanda bu xəstəliklər artıq yoxdur
Füzuli rayonunun Dövlətyarlı kəndi (FOTO/VİDEO)
Yaponiyada 3 min dollardan ucuz elektromobillər istehsal olunacaq
Bütün xəbərlər