...

Prezident İlham Əliyev: Yenidənqurma işləri ilə bağlı ilk müqavilələr türk şirkətləri ilə bağlanılıb

Siyasət Materials 9 Dekabr 2020 14:22 (UTC +04:00)
Prezident İlham Əliyev: Yenidənqurma işləri ilə bağlı ilk müqavilələr türk şirkətləri ilə bağlanılıb

Bakı. Trend:

Yenidənqurma işləri ilə bağlı ilk müqavilələr türk şirkətləri ilə bağlanılıb.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Biz yenidənqurma işləri ilə bağlı ilk addımlar atmışıq. İlk müqavilələr artıq bağlanıb və dediyim kimi, biz işğaldan azad olunan ərazilərdə dost ölkələrdən olan şirkətlərlə çalışacağıq.

İlk müqavilələr türk şirkətləri ilə bağlanılıb və bu da təbiidir, çünki Türkiyə qardaş ölkədir. Ümidvaram ki, növbəti müqavilələr italyan şirkətləri ilə imzalanacaq. Bu da təbiidir. Çünki İtaliya Azərbaycanın yaxın dostudur. Ölkələrimiz arasında çoxillik diplomatik münasibətlərin mövcudluğu dövründə və xüsusilə də müharibə zamanı biz sizin mövqeyinizin şahidi olduq. Ölkənizin parlament nümayəndələrinin müharibənin başa çatmasından bir aydan az vaxt keçməmiş Azərbaycana səfəri bizim güclü dostluq münasibətlərimizi nümayiş etdirir. Biz bu həmrəylik və dəstək jestini yüksək qiymətləndiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti