...

BMT-nin Narkotiklərə qarşı mübarizə idarəsi ilə anlaşma memorandumu imzalanacaq - Ceyhun Bayramov

Siyasət Materials 28 Dekabr 2020 17:44 (UTC +04:00)
BMT-nin Narkotiklərə qarşı mübarizə idarəsi ilə anlaşma memorandumu imzalanacaq - Ceyhun Bayramov

Bakı. Trend:

Birləşmiş Millətlərin Narkotiklərə qarşı mübarizə idarəsi ilə anlaşma memorandumu imzalanacaq.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

Nazir bildirib ki, GUAM demokratiyanın təşviqi, regional təhlükəsizliyin gücləndirilməsi və davamlı inkişafın genişləndirilməsi üçün vacib regional platformadır. Bizim təşkilatımızın beynəlxalq əlaqələr sistemində rolu əhəmiyyətli dərəcədə artmaqda davam edir. Biz inanırıq ki, daha çox effektivlik və sinerji imkanları üçün potensial mövcuddur:

"Müsbət inkişaf təşkilatlararası əməkdaşlıq sahəsində də müşahidə edilmişdir. GUAM və Dəmir Yolları Əməkdaşlıq Təşkilatı arasında anlaşma memorandumu imzalanmışdır. Birləşmiş Millətlərin Narkotiklərə qarşı mübarizə idarəsi ilə anlaşma memorandumu layihəsi demək olar ki, tamamlanmış və yaxın zamanlarda imzalanacağı gözlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti