...

Erməni faşizminin yenidən baş qaldırmasına imkan verməməliyik - Deputat

Siyasət Materials 8 Yanvar 2021 11:30
Erməni faşizminin yenidən baş qaldırmasına imkan verməməliyik - Deputat

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın müddət ərzində davam edən erməni işğalına son qoydu, erməni faşizminin başını əzdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz münaqişənin hərbi fazasını uğurla başa çatdıraraq düşməni kapitulyasiyaya məcbur etdi.

Bunu Trend-ə Milli Məclisi deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, müharibə nəticəsində düşmənə sarsıdıcı zərbə vurularaq ordusu məhv edildi:

“Bu gün Ermənistan həm siyasi, həm də sosial-iqtisadi baxımdan dərin böhran içərisindədir. Düşmən bundan sonra 10 illiklər boyu çətin ki özünə gələ bilsin. Lakin bununla belə Ermənistan yenə də öz mənfur ənənəsinə sadiq qalaraq təxribatlara əl atır. Beləki, Xocavənddə, Hadrut istiqamətində erməni silahlı terrorçularının təxribatları, elə bu günlərdə Ermənistan xarici işlər nazirinin qanunsuz olaraq Xankəndiyə səfər etməsi, qondarma rejimlə hansısa “sənədlər” imzalaması Ermənistanın məkirli niyyətini göstərir və erməni faşizminin yenidən baş qaldıracağının işartılarıdır.

Bu baxımdan cənab Prezident İlham Əliyevin söylədiyi kimi hazırda qarşıda duran vəzifə Qələbəni siyasi yolla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına imkan verməmək, o cümlədən beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqla bağlı, dağıdılmış ərazilər haqqında məlumat çatdırmaqdan ibarətdir.

Artıq bütün dünya Azərbaycanın yaratdığı yeni reallıq, ermənilərin 30 ilə yaxın müddət ərzində işğal altında saxladıqları ərazilərimizdə törətdiyi vəhşiliklər haqqında geniş şəkildə məlumatlandırılmalıdır. Məlumdur ki, 44 günlük müharinə dövründə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan döyüş meydanında olduğu kimi informasiya müharibəsində də düşməni ağır məğlubiyyətə düçar etdi. Biz postkonflik dövründə də bu tendensiyanı qoruyub saxlamalıyıq, hər kəs əlindən gələni qədər bu işdə fəal olmalı və beynəlxalq aləmi məlumatlandırmalıdır. Biz imkan verməməliyik ki, ermənilər yenə də öz cəfəng fikirləri ilə dünya ictimaiyyətini aldatmağa, öz yalanlarını sırımağa cəhd etsin”.

Deputat bildirib ki, Azərbaycanın mövqeyi hər zaman həqiqətə, beynəlxalq qanuna əsaslanıb: “İndi də Azərbaycanın prinsipial mövqeyi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsaslanır. Bu bəyanatda təsbit olunmamış heç bir fəaliyyət həyata keçirilə bilməz. Cənab Prezident öz çıxışında Ermənistan tərəfinə ciddi xəbərdarlıq etdi və erməni təxribatlarının davam edəcəyi tədqirdə Azərbaycanın cavabının ağır olacağını bəyan etdi. Ermənistan rəhbərliyi mövcud vəziyyətdən nəticə çıxarmalı, təxribatlar törətmək əvəzinə düşdüyü dərin böhrandan çıxmaq haqqında düşünməlidir. Əks halda Azərbaycandan daha ağır zərbə alacaq”.

Xəbər lenti

Xəbər lenti