...

Nərgiz Qurbanova Polşaya səfir təyin edilib

Siyasət Materials 8 Yanvar 2021 14:47 (UTC +04:00)
Nərgiz Qurbanova Polşaya səfir təyin edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Nərgiz Qurbanovanın Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

Digər sərəncamla Nərgiz Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti