...

Ceyhun Bayramov Sərhəd İşləri Təşkilatının Baş direktoru ilə görüşüb (FOTO)

Siyasət Materials 14 Yanvar 2021 10:28 (UTC +04:00)
Ceyhun Bayramov Sərhəd İşləri Təşkilatının Baş direktoru ilə görüşüb (FOTO)

Bakı. Trend:

Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində bu ilin 13 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Sərhəd İşləri Təşkilatının Baş direktoru general-mayor Kamal Azfar ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Sərhəd İşləri Təşkilatının Baş direktoru Kamal Azfar təşkilatın fəaliyyət sahələri barədə ətraflı məlumat verərək 45 ildən çox müddətdə Pakistanda körpülər, yollar, tuneller, eləcə də telekommunikasiya xəttlərinin və s. inşası, infrastruktur xidmətlərinin inkişafı sahəsində fəaliyyətlərindən bəhs edib.

C.Bayramov bölgədə mövcud olan cari vəziyyəti qeyd edərək, 44 günlük Vətən müharibəsindən sonra münaqişə sonrası bərpa və reabilitasiya mərhələsinə qədəm qoyduğumuzu bildirib. Hazırda bölgədə aparılan işlər, o cümlədən minadan təmizləmə işləri və infrastrukrur layihələri qeyd olunub. Həyata keçirilən bərpa və tikinti işlərində maraqlı tərəfdaş ölkə və beynəlxalq təşkilatlarla birgə işləməyə hazır olduğumuz vurğulanıb.

Görüşdə tərəflər əməkdaşlıq petspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti