...

İranın xarici işlər naziri Naxçıvana gedib

Siyasət Materials 30 Yanvar 2021 12:57 (UTC +04:00)
İranın xarici işlər naziri Naxçıvana gedib

Bakı. Elnur Bağışov – Trend:

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif regional səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasına gedib.

Trend-in məlumatına görə, nazir səfər çərçivəsində verdiyi açıqlamada bildirib ki, məqsəd Qarabağ müharibəsindən sonra regionda əməkdaşlıq və Naxçıvanın tranzit imkanları haqqında danışıqlar aparmaqdır.

M.C.Zərifin sözlərinə görə, artıq regionda qonşu ölkələrin əməkdaşlıqları üçün böyük imkanlar yaranıb və bu, bölgədə davamlı sülhün əsasını təşkil edə bilər.

Qeyd edək ki, İranın xarici işlər naziri region ölkələrinə səfər çərçivəsində Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti