Prezident İlham Əliyev Mərkəzi Bankın sədrini və bir sıra qurumları sərt tənqid etdi: Bu, özbaşınalıqdır

Prezident İlham Əliyev Mərkəzi Bankın sədrini və bir sıra qurumları sərt tənqid etdi:  Bu, özbaşınalıqdır

Bakı. Trend:

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində "Cənab Prezident, mətbuatda gedən bir məlumatda deyilir ki, Mərkəzi Bankın sədri Şuşada təmsil etdiyi qurumun nümayəndəliyinin açılacağını bildirib və bu məsələyə münasibətinizi öyrənmək istəyərdik" sualına cavabında deyib.

Dövlət başçısı bildirib:

"Mənim münasibətim buna mənfidir. Özü də mən deyim nəyə görə. Birincisi, bu, özbaşınalıqdır. Belə açıqlama veriləndə mütləq rəhbərliklə gərək məsləhətləşmə aparılsın. Azad edilmiş torpaqların bərpası ilə bağlı mənim tərəfimdən bir çox önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb. Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. Mən demişdim ki, bütün təkliflər, bütün təşəbbüslər oraya göndərilməlidir. Çünki biz kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir. Ona görə burada subardinasiya olmalıdır. Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özü üçün hansısa bir ofis, yeni ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır.

İkincisi, biz bütün işləri ardıcıllıqla edirik və mən bu ardıcıllıq haqqında dəfələrlə demişəm Azərbaycan xalqına hansı işləri biz görəcəyik ki, insanlar da bilsinlər. İlk növbədə, keçmiş köçkünlər, nə vaxt onlar qayıda bilərlər o torpaqlara. Birinci, minalardan təmizləmə. Bu, böyük bir prosesdir. Ermənilər bizə mina xəritələrini, mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur. Biz indi Minatəmizləmə Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu, müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər əlbəttə ki, başa çatmalıdır. Ondan sonra ziyanın qiymətləndirilməsi. Biz əgər ziyanın qiymətləndirməsini etməsək, sabah biz təzminat davasında da uğur qazana bilmərik. Ona görə ki, ilk növbədə, yerli qurumlar bütün dağılmış evlərin pasportlaşdırılması aparılmalıdır, video, foto çəkilişlər, dron çəkilişləri, protokollaşma – hər bir binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən binanın öz pasportu olmalıdır. Bunu, bu məlumatı biz verəcəyik cəlb edilmiş beynəlxalq şirkətlərə, onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata keçirəcəklər və onlar bizə Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər. Yəni, bu ardıcıllıq budur. Bu işlər görüləndən sonra infrastruktur layihələri icra edilməlidir. Axı infrastruktur olmasa, orada insan necə yaşayacaq? Su yox, işıq yox, yol yox, yoxdur, necə yaşaya bilər? Ondan sonra evlər tikilməlidir. Mən artıq göstəriş vermişəm, artıq bizim qurumlar işləyirlər bütün şəhərlərin baş planları hazırlanır, özü də elə-belə yox. “Ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası. Bu, zaman tələb edir. Eyni zamanda, hər şey planlı şəkildə olmalıdır. Yoxsa biri oradan duracaq deyəcək ki, mən burada bunu tikəcəyəm, biri oradan duracaq ki, mən bunu. Kimsən sən? Sən get öz işinlə məşğul ol. Yenə də deyirəm, ucuz populyarlıq dalınca qaçanların axırı pis olur, bir. İkincisi, qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq. Təkcə bu işlərlə, əlbəttə ki, məsələ bitməyəcək. Sosial obyektlər də tikilməlidir. Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları. Yoxsa əgər biz indi gedib haradasa, necə deyərlər, məktəb tiksək, ya xəstəxana tiksək, amma kim oraya gedəcək. Orada adam yoxdur.

Şuşa şəhərinə gəldikdə, Şuşa şəhəri mənim tərəfimdən ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bunu hər kəs bilir və bu qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq bizim soydaşlarımız da, onlar bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar. Şuşa demək olar ki dağılıb, bütün binalar dağılıb. Bir keçmiş raykom binası qalıb, harada ki, mənfur xunta özü üçün yuva salmışdır, bir də xunta başçısının villası və bir-iki də cinayətkar, rüşvətxor erməni məmurunun villası. Başqa orada bina yoxdur. Bir də “xruşşovkalar”, hansılar ki, çoxdan öz ömrünü bitiriblər, orada da 2 min erməni yaşayırdı. İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da ki, gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və insanların buna hansı xeyri dəyəcək? Heç bir. Təkcə bu, deyil. Digər qurumlar da, indi mənə müraciət etmişlər. Onların hər halda ağlı çatıb mənə müraciət etməyə və mən onlara dedim ki, gedin oturun yerinizdə. Onları da mən deyə bilərəm, sadalaya bilərəm, qoy Azərbaycan vətəndaşları bilsinlər. Azəravtoyol, onun rəhbəri mənə müraciət edib ki, icazə verin, Şuşada Azərbaycan Azəravtoyol qurumunun regional mərkəzini açaq. Nə üçün? Yol çəkmək lazımdır, get, yol çək. Özü öz hesabına heç kim yol çəkmir, dövlət büdcə ayırır. Şuşada Azəravtoyolun regional mərkəzinin nə işi var? Belə də özü üçün şərait yaratsın, getsin o torpağı zəbt etsin, özü üçün iqamətgah tikdirsin, onu hasara alsın, bir qarovulçu qoysun və bəli, oraya gedəndə otursun orada belə təbiəti, necə deyərlər, seyr etsin. AZAL, onun da rəhbəri mənə müraciət etmişdir ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur. Ona da lazımi sözləri demişəm ki, get otur yerində. Ondan sonra, Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?

Bilirsiniz, belə ziyanlı fikirlər bu adamların beyninə gəlir və onlar da bunu tələffüz edirlər. Siyahı davam edir hələ. Fövqəladə Hallar Nazirliyi, mənə nazir müraciət edib, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm yəqin ki, mənim kimi indi Azərbaycan xalqı da güləcək. Mənə zəng edib deyir xidmətin rəisi ki, icazə verin biz sərhəd xidmətini Şuşa zastavasında yaradaq. Dedim ki, a kişi Şuşada sərhəd var? De də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm bəs nə zastava yaradırsan? O boyda indi bizim sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına. Burada mənim burada bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, o vətəndaşları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma da mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin. Şuşanın ərazisinin ölçüsü 300 hektardır. Mən qoymamışam ki, bir dənə daş daş üstə qoyulsun. Çünki birinci təhlil aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik, necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm, mütəxəssislər deməlidir, biz indi cəlb etmişik. Misal üçün, Xurşidbanu Natəvanın sarayı, necə bərpa edilməlidir? Çünki onun bir divarı var, qalan divarlar uçub. Hansı formada o bərpa edilməlidir? Onu yenidənmi eyni stildə qalan o uçan hissəsi tikilməlidir, yaxud da ki, elə formada tikilməlidir ki, oraya gələn görsün ki, bax bu, buradan dağılıb, oradan sökülüb. Bu suala mənim cavabım yoxdur, çünki mən mütəxəssis deyiləm və indi müxtəlif şirkətlər, yerli, xarici şirkətlər məşğul olurlar artıq bu işlərlə. Şuşada biz ancaq və ancaq tarixi binaları bərpa etməliyik, mən belə hesab edirəm. Ondan sonra “xruşşovkalar”la bağlı, indi qabaqlamaq istəmirəm, mənim fikrim var ki, onların bir çoxu oradan yığışdırılmalıdır. Onların yerində yəqin ki, müasir 4-5 mərtəbəli yaşayış binaları tikilməlidir, ancaq bunu yenə də mən sadəcə olaraq öz fikirlərimi bölüşürəm, amma necə olacaq, onu mütəxəssislər deyəcək, memarlar, tarixçilər, şuşalılar özləri, onlar necə bu şəhəri görmək istəyirlər, çünki bu, onların şəhəridir. Yoxsa bütün bunlar, işlər, bu işlər kənarda qala-qala biri durur ki, mən filial açıram, biri deyir ki, mən zastava açıram, biri deyir ki, mən fövqəladə hallar açıram. Vallah, adam söz tapmır. Mən söz tapmışam, onlara elə söz demişəm ki, onlar o sözü unutmayacaqlar. Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa işləri ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Olmasa bax bilin, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək. Mən indi o biri məsələni də demək istəyirəm. Mən indi müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər tikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı şəkildə və əsaslı şəkildədir. Mən əminəm ki, buna biz nail olacağıq. Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin".

Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Bank VTB-nin (Azərbaycan) Visa Platinum kart istifadəçiləri üçün xüsusi yaz təklifi
Bank VTB-nin (Azərbaycan) Visa Platinum kart istifadəçiləri üçün xüsusi yaz təklifi
Loading Bars
Xəbər lenti
Meksika və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı (FOTO/VİDEO)
Xocalı soyqırımı tarixdə ən amansız qətliam kimi qalacaq - Sevil Mikayılova
Xocalı qətliamı ABŞ-ın Yuta Universitetində müzakirə olundu
Yaponiyada fövqəladə vəziyyət rejimi paytaxt bölgəsi xaricində hər yerdə vaxtından əvvəl ləğv ediləcək
ÜST: Dünyada ötən sutka koronavirusa 421 mindən çox yoluxma qeydə alınıb
Almaniyada Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş ənənəvi simpozium keçirilib (FOTO)
Türkiyədə son sutkada koronavirusdan 6 210 nəfər sağalıb
Varşavadakı Azərbaycan Evində Xocalıya həsr olunmuş sərgi təşkil edilib ( FOTO)
ABŞ-ın 5 ştatında "Xocalıya ədalət!" tələbi ilə məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Azərbaycan və Böyük Britaniya parlament dostluq qruplarının görüşündə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Xocalı soyqırımı qurbanlarının Bolqarıstanda yad edilməsinə çağırış edilib
"Arsenal" Avropa Liqasının 1/8 finalına çıxıb
XX əsrin faciəsi: Xocalı soyqırımından 29 il ötür
Mançester və Brayton şəhərlərində "Xocalıya ədalət!" tələbi ilə lövhələr yerləşdirilib (FOTO)
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)
Qarabağ hazırda "Böyük Qayıdış" bölgəsidir, hərbiçilərimiz isə daim dövlətin diqqət mərkəzindədir - Arzu Nağıyev
Ottava şəhərindəki "Qarabağ” Azərbaycan dili məktəbində Xocalı soyqırımından danışılıb
Niderlandda “Xocalıya ədalət!” tələbinin əks olunduğu poçt markaları buraxılıb
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Polşada anılıb (FOTO)
Erik Rondolat: Azərbaycan Prezidenti bir lider olaraq vəziyyətdən düzgün çıxış yolunu tapa bildi
Britaniya hakimiyyəti ölkədə koronavirus üzrə təhlükə dərəcəsini aşağı endirib
Böyük Britaniya Nümayəndələr Palatasının veb-saytında Xocalı soyqırımı ilə bağlı bəyanat yerləşdirilib
İtalyan jurnalist: Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır
Göygöldə tikili yanıb
AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır
Vladimir Putin ilə Nikol Paşinyan arasında telefon danışığı olub
Prezident İlham Əliyev: Bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq
Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq
Prezident İlham Əliyev: Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir
İşğadan azad edilmiş ərazilərdə yetişdiriləcək əsas kənd təsərrüfatı məhsulları bunlar olacaq
Mediada yeni düşüncə, yeni layihə və yeni baxış prizmasına ehtiyac var - Bəhruz Quliyev
Könüllülər Xocalı soyqırımına həsr olunmuş tədbir keçirdi
Qeyri-formal məşğulluğun fəsadları: İnsanlar bu hüquqlarından məhrum olurlar
Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26-na olan cədvəli
Həmsədrlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək göstərməlidir - Azay Quliyev
Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb (FOTO)
ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə (FOTO)
Paşinyanın bəyanatı növbəti dəfə Rusiyanın nüfüzuna endirilən xain və sarsıdıcı bir zərbə oldu - Hərbi ekspert
ATƏT-in hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir
Ağdamdakı dağıntılar rusiyalı jurnalistləri dəhşətə gətirdi - Trend TV-nin REPORTAJI
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb (FOTO)
Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri (FOTO)
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı soyqırımı anılıb (FOTO)
“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib
"Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib (FOTO)
Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib
ATƏT Azərbaycanın azad edilmiş ərazilərində vasitəçilik missiyalarını təşkil etməyə hazırdır
Polis zabitləri Paşinyanın istefası tələbinə qoşuldu
Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır - Vüqar Rəhimzadə
Yelo bankdan hamıya 14.9% ilə nağd kredit
MDU-da “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim keçirilib (FOTO)
Şaxtadan qorunmaq üçün qurulan çadırlara 200-ə yaxın vətəndaş üz tutub - Trend TV
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib (FOTO) (YENİLƏNİB)
Paşinyanın bəyanatı Rusiyanın hərb sənayesinə zərbə vurmaq niyyətini güdür - Siyasi şərhçi
Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək
Bakı və Sumqayıtda temperatur yüksəlib - FAKTİKİ HAVA
Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
Prezident İlham Əliyev: Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb
UNEC-də Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan beynəlxalq tədbir keçirilib (FOTO)
Azərbaycana gələn türkiyəli mütəxəssislər 520 nəfərə yardım edib
Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi
Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Prezident İlham Əliyev: Hər zaman şəhid ailələrinin üzvləri və müharibə əlillərinin yanında olacağam
Prezident İlham Əliyev: Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir
Azərbaycan Prezidenti: Müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirilirdi
Sabah bu marşrutların hərəkət xətti dəyişdiriləcək
Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır
Azərbaycan Prezidenti: Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı
Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək
Prezident İlham Əliyev: Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb
Prezident İlham Əliyev: Biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq, bunu heç gizlətmirdik
Azərbaycan Prezidenti: AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi
Prezident İlham Əliyev: Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır
Pakistan şirkətlərinin işğaldan azad olunan ərazilərin bərpasına cəlbi müzakirə edilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir
Prezident İlham Əliyev: Şəhid olmuş övladlarımızın ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək
Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi (FOTO)
Ermənistanın güc strukturları çevriliş cəhdi ilə bağlı bəyanat yaydı
“Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi
Silk Way West Airlines tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamağa hazırdır
Cəbrayılda daha bir nəfər minaya düşdü
Yerevan səmasında qırıcılar göründü (VİDEO)
Dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılacaq
Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşları aldadan şəxs ifşa edildi
Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir - Kamaləddin Qafarov
“Xocalıya ədalət” kampaniyası çərçivəsində “Xocalı Nişanəsi” filmi təqdim edilib (VİDEO)
AzTV-də "Qətl planı" - Tarixi qətllər araşdırılacaq (FOTO/VİDEO)
İranda 94 nəfər koronavirusdan ölüb
Ermənistan növbəti çevriliş astanasında - Əhali küçələrə axışır (VİDEO)
Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə edib (FOTO)
Mediada zəruri islahatlar: Yenilikçi, yaradıcı, qərəzsiz medianın formalaşması üçün nələr edilməlidir? – ŞƏRH
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru Bakıya gəlib (FOTO)
Möhtəşəm Triumf Palace layihəsində sərfəli şərtlərlə mənzillər əldə edə bilərsiniz (FOTO)
Bütün xəbərlər