...

Qarabağda atəşkəs rejiminin pozulması qeydə alınmayıb - Rusiya XİN

Siyasət Materials 18 Fevral 2021 18:24 (UTC +04:00)
Qarabağda atəşkəs rejiminin pozulması qeydə alınmayıb - Rusiya XİN

Bakı. Orxan Nəbiyev - Trend:

Qarabağda atəşkəs rejiminin pozulması qeydə alınmayıb, son günlərdə sabitlik qorunub saxlanılır.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin hərbçiləri 27 müşahidə postunda vəziyyətə nəzarət edir və ərazinin partlayıcı maddələrdən təmizlənməsini həyata keçirir.

M.Zaxarova xatırladıb ki, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar üçtərəfli bəyanatlarının icrası Rusiya prezidentinin Azərbaycan prezidenti və Ermənistan baş naziri ilə telefon danışıqları zamanı müzakirə olunub: "Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupu çərçivəsində işlər davam etdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti