Bakı. Nərgiz Sadıxova, tərcümə Orxan Nəbiyev - Trend:
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni hərətərəfli saziş barədə danışıqlar davam edir.
Bunu Trend-ə Avropa Komissiyasının mətbuat katibi Ana Pisonero deyib.
O bildirib ki, hazırda Aİ sazişin ticari hissəsi ilə bağlı Azərbaycanın mövqeyini gözləyir və danışıqları davam etdirməyə ümid edir.
"Aİ-nin ali nümayəndəsi Cozep Borrellin Aİ-Azərbaycan assosiasiya şurasının iclasında dediyi kimi, Avropa İttifaqı Azərbaycanla, demokratiya, insan haqları və əsas azadlıqlara əsaslanan, ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verən və ticarət əlaqələrimizi möhkəmləndirən yeni hərtərəfli saziş imzalamaq istəyir"
O əlavə edib ki, yeni saziş Aİ ilə Azərbaycan arasında gələcək əməkdaşlığın və daha sıx əlaqələrin əsasını qoyacaq:
"Yeni saziş iqtisadiyyatın şaxələndirilməsi sahəsində Azərbaycanın səylərini dəstəkləyəcək. Bu, işgüzar mühiti daha da dəstəkləyəcək və vətəndaşların rifahı naminə ölkənin dayanıqlı inkişafına xidmət edəcək. Azərbaycan Şərq tərəfdaşlığı kontekstində vacib rol oynayır".