...

İkinci Qarabağ müharibəsində Ermənistanın ballistik raketdən istifadəsi ilə bağlı 11 fakt sənədləşdirilib - ABŞ Dövlət Departamenti

Siyasət Materials 31 Mart 2021 12:42 (UTC +04:00)
İkinci Qarabağ müharibəsində Ermənistanın ballistik raketdən istifadəsi ilə bağlı 11 fakt sənədləşdirilib - ABŞ Dövlət Departamenti

Bakı. Nərgiz Sadıxova - Trend:

ABŞ Dövlət Departamenti 2020-ci ildə Ermənistanda insan hüquqları barədə Ölkələr üzrə hesabat dərc edib.

Trend-in məlumatına görə, sənəddə ikinci Qarabağ müharibəsi dövründə erməni qoşunlarının törətdiyi hərbi cinayət faktları yer alıb.

Hesabatda qeyd olunur ki, 2020-ci il dekabrın 10-da "Amnesty International" təşkilatı hesabat yayaraq müharibə dövründə qeydə alınan və erməni vəhşiliyini əsk etdirən 22 videogörüntünün olduğunu bildirib.

Bundan başqa, oktyabrın 4-də "Human Rights Watch" Ermənistan qoşunlarının döyüş bölgəsindən 45 kilometr məsafədə yerləşən Gəncəyə zərbə endirməsi barədə məlumat yayıb:

"Oktyabrın 30-da "Human Rights Watch" məlumat verib ki, oktyabrın 28-də erməni silahlı birləşmələri cəbhə xəttindən 18 kilometr məsafədə yerləşən Bərdə şəhərinə "Smerç" raket sistemindən kaset bombaları atıb"

Dövlət Departamenti bildirib ki, dekabrın 11-də "Human Rights Watch" hesabatında Ermənistan silahlı qüvvələrinin müharibə zamanı ballistik raketdən istifadəsi ilə bağlı 11 insidenti sənədləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti