...

Milli Məclis İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatını qəbul edib

Siyasət Materials 23 Aprel 2021 13:06 (UTC +04:00)
Milli Məclis İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatını qəbul edib

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında məsələ müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edib.

Hesabatda Azərbaycanda insan alveri ilə bağlı cinayətlər, insan alverinə qarşı mübarizə tədbirləri haqqında məlumatlar öz əksini tapıb. Deputatlar hesabatla bağlı öz təklif və rəylərini bildiriblər. Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti