...

Baş nazir Əli Əsədov Rusiyada rəsmi səfərdədir (FOTO)

Siyasət Materials 19 May 2021 20:59 (UTC +04:00)
Baş nazir Əli Əsədov Rusiyada rəsmi səfərdədir (FOTO)

Bakı. Trend:

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya rəsmi səfərə gedib.

Trend xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədovu “Vnukovo-2” hava limanında Rusiyanın dövlət rəsmiləri qarşılayıblar. Azərbaycan Hökumətinin rəhbərinin şərəfinə fəxri qarovul düzülüb.

Qeyd edək ki, mayın 20-də rəsmi səfər çərçivəsində Baş nazirin başçılıq etdiyi nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti