...

Avropa Şurasının prezidenti saxlanılan 15 erməninin Azərbaycan tərəfindən azad edilməsi qərarını yüksək qiymətləndirib

Siyasət Materials 12 İyun 2021 22:33 (UTC +04:00)
Avropa Şurasının prezidenti saxlanılan 15 erməninin Azərbaycan tərəfindən azad edilməsi qərarını yüksək qiymətləndirib

Bakı. Trend:

Avropa Şurasının prezidenti Şarl Mişel Azərbaycanın saxlanılan 15 erməninin azad edilmiş Ağdam rayonunun mina xəritələri əvəzində Ermənistana geri qaytarılmasını yüksək qiymətləndirib.

"Azərbaycan və Ermənistanın paralel humanitar jestlərini - saxlanılanların geri qaytarılmasını və minalanmış ərazilərin xəritələrini verilməsini alqışlayıram", - məlumatda deyilir.

Ş.Mişel qeyd edib ki, bu, inamı yeniləmək üçün ilk addımdır.

"Aİ bu prosesi dəstəkləyir və irəliləməni artırmaq üçün yardım təklif etməyə davam edəcək", - Avropa Şurasının prezidenti əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti