...

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunacaq tunelin təməlini qoyub (FOTO/VİDEO) (YENİLƏNİB)

Siyasət Materials 14 İyun 2021 16:36 (UTC +04:00)
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunacaq tunelin təməlini qoyub (FOTO/VİDEO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub.

Trend xəbər verir ki, dövlətimizin başçısına tunelin texniki göstəriciləri barədə məlumat verildi.

Bildirildi ki, burada ümumilikdə iki tunel tikiləcək və onların hər biri ikizolaqlı olacaq. Tunellərin hər birinin uzunluğu 530 metr, eni isə 12 metr olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti