...

Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Anadolu Qartalı-2021” təlimi başladı (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 22 İyun 2021 17:41 (UTC +04:00)
Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Anadolu Qartalı-2021” təlimi başladı (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Azərbaycan, Qətər, Pakistan və NATO-nun qatıldığı “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimi başlayıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, təlimdə bütün iştirakçıların bilik, bacarıq və təcrübələrinin paylaşılması qarşıya əsas məqsəd kimi qoyulub.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, təlimin ilkin mərhələsində Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq yer hədəflərinin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Təlim iyulun 3-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti