...

Azərbaycan XİN Çinə başsağlığı verib

Siyasət Materials 14 İyul 2021 12:16 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Xarici İşlər Nazirliyi (XİN) Çinin Suçjou şəhərində mehmanxana binasının çökməsi nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

Trend-in məlumatına görə, Bu barədə nazirliyin "Twitter" səhifəsində yazılıb.

Başsağlığında deyilir: "Biz Çinin Suçjou şəhərində mehmanxananın çökməsi zamanı həlak olanların ailələrinə başsağlığı veririk. Xəsarət alanların tez bir zamanda sağalmalarını və xilasedicilərə uğurlar arzulayırıq. Çin hökuməti və xalqına dəstəyimizi və həmrəyliyimizi bildiririk".

Xatırladaq ki, iyulun 12-də mehmanxana binasının çökməsi nəticəsində 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti