...

Azərbaycan diaspor nümayəndələrinin Şuşaya səfəri yekunlaşıb (FOTO/VİDEO)

Siyasət Materials 27 İyul 2021 20:24 (UTC +04:00)
Azərbaycan diaspor nümayəndələrinin Şuşaya səfəri yekunlaşıb (FOTO/VİDEO)

Şuşa. Trend:

Azərbaycan diaspor nümayəndələrinin Şuşaya səfəri yekunlaşıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Azərbaycanda olan diaspor nümayəndələri bu gün Şuşaya olublar. Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşudbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət ediblər.

Diaspor nümayəndələrinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana Qələbə sevinci yaşadan rəşadətli ordumuzun əsgərləri ilə görüşləri də olub.

Qeyd edək ki, səfər Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti