...

Türkiyəli deputat Azərbaycana təşəkkür etdi

Siyasət Materials 11 Avqust 2021 12:17 (UTC +04:00)
Türkiyəli deputat Azərbaycana təşəkkür etdi

Bakı. Çingiz Səfərli - Trend:

"Atalarımız "Dost çətin gündə tanınar" deyib. Can Azərbaycandan gələn dostlarımızın varlığı bizə ruh yüksəkliyi və güc verdi".

Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin Dənizli üzrə millət vəkili Şahin Tin deyib.

O, yanğınların söndürülməsinə dəstək verdikləri üçün azərbaycanlı yanğınsöndürənlərə təşəkkür edib:

"Həm meşələrimizdəki yanğına, həm də könüllərimizə su səpirlər. Belədir bizim qardaşlığımız. Bu səbəbdən iki dövlət, bir millətik. Allah birliyimizi pozmasın".

Qeyd edək ki, Muğla şəhərinin Köyceyiz rayonunda iyulun 29-da başlayan meşə yanğını Dənizli şəhərinin Beyağac rayonunun 5 kilometrliyinə qədər yaxınlaşıb. Yanğınların başladığı ilk günlərdən Azərbaycan Türkiyənin yanında olduğunu ifadə edib və yanğınla mübarizə üçün canlı qüvvə və texnika göndərib.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti