Bakı. Trend:
Qarabağın işğaldan azad edilməsi ilə bölgədə uzunmüddətli sülh üçün şərait yaradılıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bitlis vilayətində bir sıra ölkələrin səfirlərinə müraciət edərkən bildirib.
R.T.Ərdoğan qeyd edib: "Ermənistan bu şansdan istifadə edərsə, o zaman lazım olan addımları atacağıq".
Türkiyə prezidenti hərbi kontingentin Əfqanıstandan qayıtmasından da danışıb.
Onun sözlərinə görə, rəsmi Ankara "Taliban" hərəkatı liderlərinin bəyanatlarını "ehtiyatlı nikbinliklə" qəbul edir.
R.T.Ərdoğan vurğulayıb ki, Əfqanıstandakı proseslərin gələcəyi sözlə deyil, "Taliban"ın hərəkəti ilə müəyyən ediləcək:
"Əfqanıstanda sabitliyin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədə çatmaq üçün Ankara Əfqanıstanda bütün tərəflərlə sıx dialoqu davam etdirəcək ".
Eyni zamanda, R.T.Ərdoğan Türkiyənin 5 milyondan çox qaçqın və mühacirə qapılarını açan bir ölkə olaraq, Suriya və Əfqanıstandan əlavə miqrasiya yükünün öhdəsindən gələ bilmədiyini vurğulayıb.